USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyev Albert Lixanovu təltif və təbrik etdi SƏRƏNCAM


https://img.baki-baku.az/news/2020/09/photo_708.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti Albert Anatolyeviç Lixanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Lixanov bu yüksək təltifə Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə layiq görülüb.

Dövlət başçımız həmçinin Albert Anatolyeviçə təbrik də ünvanlayıb. Təbrik məktubunda bildirilib:

"Hörmətli Albert Anatolyeviç. 

Əlamətdar tarix – anadan olmağınızın 85 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Siz yaşadığınız illərə, böyüməkdə olan nəslə yorulmadan qayğı göstərməyə həsr edilmiş parlaq həyat yolunuza görə haqlı olaraq fəxr edə bilərsiniz. Artıq otuz ildən çoxdur ki, Rusiya Uşaq Fondu Sizin rəhbərliyinizlə ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə, uşaq hüquqlarının müdafiəsinə, çətin vəziyyətə düşmüş uşaqların dəstəklənməsinə yönəlmiş mühüm iş aparır. Uşaqların müdafiəsi üzrə çoxillik səmərəli ictimai fəaliyyətiniz Sizə təkcə Rusiyada deyil, bütün dünyada xeyirxah qəlbli bir insan kimi ümumi hörmət və ehtiram qazandırıb.

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız, Sovet Uşaq Fondunun yaradılması ilə nəticələnmiş işə Sizin qayğıkeş münasibətinizi Azərbaycanda yüksək qiymətləndirirlər.

Hörmətli Albert Anatolyeviç, yubileyiniz münasibətilə Sizi bir daha təbrik edirəm, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

"




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət