USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sabun və bozbaş bişirməməyin fərqi


https://img.baki-baku.az/news/2022/05/photo_6959.jpg?v=MjAyMi0wNS0xMyAxNDo1MTowNA==

Əvəz Rüstəmov

_______________________________________________________

Orxan Fikrətoğlu yazıçı-publisistdir, jurnalistdir, maraqlı televiziya proqramlarının müəllifi və aparıcısı kimi tanınıb, istedadına görə rəğbət və hörmət qazanıb. İndi Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə təyinat alıb. Özünün də dediyi kimi, yemək bişirməyəcək. Onu da bildirir ki, kulinariya bir çoxlarının düşüncəsində bozbaşxanadır.

Vaxtilə mədəniyyət və turizm naziri işləmiş Əbülfəs Qarayev deyirdi ki, ölkəmiz "kabab turizmi" təfəkküründən çıxmalıdır. Hərçənd o, bu təfəkkürü dəyişmək üçün düz əməlli iş görə bilmədi. İndi Orxan müəllim də gərək əməli ilə camaata kulinariyanın bozbaş olmadığını qəbul etdirsin. Nəzərə alsaq ki, kulinariyada menecerlik də əsasdır, yeni baş direktordan necə menecer çıxacağını zaman özü göstərəcək. Ona fəaliyyətində səbr arzulamaq lazımdır. Səbr isə uğur gətirir. 

Əslində diqqət yetirmək istədiyim məsələ başqadır. Niyə yazıçı-publisist və jurnalist olan şəxsin, yəni söz adamının kulinariya ilə bağlı vəzifəyə təyin edilməsinə bu qədər sərt reaksiya verilir?

Birincisi, Orxan Fikrətoğlunu tənqid etmək, onun barədə söz, hətta xoşagəlməz söz demək,  təyinatını ələ salmaq, məsxərə predmetinə çevirmək çox asandır. Həm də ona görə ki, Orxan müəllim üzdə olan adamdır. 

İkincisi və ən əsası. Ölkədə yerində olmayan xeyli adam var. Cəmiyyət vəziyyəti görür və hər kəsdə bu tendensiyaya qarşı aqressiya, ikrah hissi var. Axı insanlar yerində olmayanların əməlindən çox əziyyət çəkiblər. Buna görə Orxan Fikrətoğlu kimi ziyalını bağışlamırlar. Daha doğrusu, öz aləmlərində bağışlamırlar və bütün yerində olmayanların hirsini ondan çıxarırlar. Orxan müəllim bir ziyalı kimi buna dözməlidir. Halbuki cənab Fikrətoğlunun yerində olmadığına dair fikirləri mütləq mənada bölüşmürəm və yazını oxuduqca, xüsusən axır cümlələrdə biləcəksiniz ki, niyə, nə səbəbə bölüşmürəm. 

Bəli, insanlarımız məhşur Azərbaycan filminin personajı Cəbiş müəllimin sabun bişirmək istəməməsini Orxan müəllimin "yemək bişirməyəcəm" deməsindən üstün tuturlar. Hər kəs Orxan Fikrətoğludan Cəbiş müəllim olmağı tələb edir. Başa düşüləndir. İnsanların əslində Cəbiş və Orxan müəllimlərin halına yanmaması da günümüzün reallığıdır...

Geniş düşünülsə, kulinariya mədəniyyətdir və ona  ziyalının, insanımızın ruhunu duyan, estetik zövqə malik, dünyagörüşlü şəxsin rəhbərlik etməsi müsbət haldır. Belə desək, kulinariya cameəsində ziyalı təbiətli bacarıqlı, sahə üzrə səriştəli kimsə yoxdur ki, sırf yazı-pozu işi ilə məşğul adam ora rəhbər təyin edilir? Məncə, bunun üzərində dayanmayaq, çünki başqa söhbətin mövzusudur...

Hələlik onu demək lazımdır ki, kulinariyamızın Orxan Fikrətoğluna tapşırılması müsbət haldır. Yəni ola bilərdi ki, mərkəzə ömrünü-gününü fermada keçirən aqronom rəhbər təyin edilərdi. Yaxud da çilingər. Ona görə şükr etmək lazımdır. Həm də ona görə şükr etmək lazımdır ki, bu təyinata etiraz edənlər, onu  mübahisələndirənlər var. Axı hər yerində olmayanın təyinatına etiraz edilmir. Hətta əksər hallarda cınqır da çıxarılmır. 




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Əvəz RÜSTƏMOV