USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın "Avroviziya-2022" təmsilçisi müəyyənləşib


https://img.baki-baku.az/news/2022/02/photo_6294.jpg

"Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-ya verilən xəbərə görə, bu il ölkəmizi İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, istedadlı ifaçı Nadir Rüstəmli təmsil edəcək.

 

Ictimai TV-də yayımlanmış beynəlxalq lisenziyalı "Səs Azərbaycan"ın böyük finalında tamaşaçıların dəstəyini almış və səs çoxluğu ilə qalib seçilmiş gənc müğənni Nadir Rüstəmli 1999-cu ildə Salyan şəhərində doğulub və uşaq yaşlarından musiqi ilə məşğul olub. O, 2019-cu ildə "Youthvision" beynəlxalq tələbə mahnı müsabiqəsində ölkəmizi təmsil edib və 21 ölkə arasında Azərbaycana 2-ci yeri qazandırıb.

Ölkəmizin “Avroviziya-2022”də təmsil olunması üçün mahnı seçimi üzrə qəbul mərhələsi bu müsabiqənin rəsmi yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən başa çatdırılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, tanınmış bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib: "Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışırıq. Özümüzə sadiq qalaraq, mahnı seçimində bu il də ilk növbədə onun ifaçının səsi və ifa tərzi ilə nə dərəcədə uzlaşacağına önəm verəcəyik. Seçim prosesi mart ayının 2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq".

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Mədəniyyət