USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Rusiya və dünya Dostoyevskinin 200 illik yubileyini qeyd edir


https://img.baki-baku.az/news/2021/11/photo_5609.jpg

Noyabrın 11-də Rusiya Prezidenti Vladimir Putin Fyodor Dostoyevskinin anadan olmasının 200-cü ildönümü günü münasibətilə yazıçının həyat və yaradıcılığına həsr olunmuş “Moskva Dostoyevski Ev Muzeyi” Mərkəzinin açılışında iştirak edəcək.

APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

 

V.Putin yazıçının şəxsiyyətinə, əsas həyat hadisələrinə, əsərlərinə həsr olunmuş xatirə və tarixi-ədəbi ekspozisiyalara baxacaq.

Prezident muzeylə tanış olduqdan sonra rus ədəbiyyatının xadimləri - yazıçının yaradıcılığı üzrə mütəxəssislərlə də görüşəcək.

Xatırladaq ki, V.Putin 2016-cı ildə yazıçının anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncam imzalayıb.




Redaktorun seçimi

Mədəniyyət