USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yazıçılar Birliyinin Şuşadakı qurultayı gələn il keçiriləcək


https://img.baki-baku.az/news/2021/09/photo_5095.jpg

Yazıçılar Birliyinin qurultayı növbəti il keçiriləcək.

Bu barədə APA-ya Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

X. Rza bildirib ki, qurultayın bu il Şuşada keçirilməsi planlaşdırılsa da, təxirə salınıb: “Təəssüf ki, pandemiya səbəbindən bu il qurultayı keçirə bilməyəcəyik. Bilirsiniz ki, builki qurultayın Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Pandemiya və hazırlıq məsələləri ilə bağlı qurultayı növbəti ilin iyun-iyul aylarında Şuşada keçirməyi düşünürük”.

Qeyd edək ki, Yazıçılar Birliyinin qurultayının bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu. Ötən ay Şuşada keçirilən Vaqif Poeziya günlərində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qurultayın oktyabr ayında keçirilməsi təklifi ilə çıxış etmiş, Prezident İlham Əliyev bu təklifi razılıqla qarşılamışdı.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Mədəniyyət