USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kiyev küçələrindən birinə Yusif Vəzir Çəmənzəminlinin adı verilsin - Ukraynalı alimdən təklif


https://img.baki-baku.az/news/2021/07/photo_4295.jpg

Kiyev küçələrindən birinə azərbaycanlı məşhur siyasətçi, yazıçı, tarixçi Yusif Vəzir Çəmənzəminlinin adı verilməlidir.

Ukraynalı alim, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.

O.Kupçik vurğulayıb ki, Yusif Vəzir Çəmənzəminlini Ukrayna ilə bağlayan amillər çoxdur. O deyib: “Ümidvaram ki, Kiyev küçələrindən birinə görkəmli yazıçı, əslən Azərbaycanın Şuşa şəhərindən olan, Kiyev Universitetində təhsil almış, ukraynalı oxucuların çoxu üçün Azərbaycan tarixi və mədəniyyətinə dair biliklərin mənbəyi olmuş Yusif Vəzir Çəmənzəminlinin adı veriləcək”.

Alimin sözlərinə görə, heç də təsadüfi deyil ki, 1993-cü ildə Kiyevdəki “Veselka” (“Göy qurşağı”) nəşriyyatında ukraynalı gənc oxucular üçün Yusif Vəzir Çəmənzəminlinin «Дівоче джерело» (“Qızlar bulağı”) kitabı çapdan çıxıb. Bu gün isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin tarix fakültəsinin “Şərqşünaslıq” proqramı üzrə təhsil alan tələbələr onun fəaliyyətinin Kiyev dövrünü böyük maraqla öyrənirlər.

Lakin bir faktı yalnız ayrı-ayrı tədqiqatçılar bilir ki, Yusif Vəzir Çəmənzəminlinin Kiyevdə səfir təyin edilməsi heç də təsadüfi olmayıb. Məsələ burasındadır ki, Yusif Vəzir Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsini Saratovda bitirib. Birinci Dünya müharibəsi dövründə Kiyevin almanlar tərəfindən işğal edilməsi təhlükəsi vardı. Buna görə universitet Saratova təxliyə edilmişdi. Yusif Vəzir sonradan Saratov məhkəmə palatasında işə qəbul edilib. Az sonra maddi çətinliklər üzündən Ukraynaya qayıdan Yusif Vəzir Cənub-qərb cəbhəsinin zemstvosunda (bugünkü könüllülər təşkilatlarının oxşarı) işə düzəlib. Bu qurum imperiya əsgərləri üçün yardım toplamaqla məşğul idi. 1917-ci il fevral inqilabı başlananda Yusif Vəzir Çəmənzəminli zemstvo ilə birlikdə Qaliçinada idi. Görünür, məhz burada o, zemstvonun digər xadimləri, o cümlədən komitə üzvü İvan Kraskovski (1917-ci ildə Ternopol quberniyasının komissarı, 1919-cu ildə Ukrayna Xalq Respublikasının Qafqazda fövqəladə diplomatik missiyasının rəhbəri), zemstvonun müvəkkili Dmitri Doroşenko (1917-ci ildə “Qaliçina” general-qubernatorluğunun diyar komissarı, 1918-ci ildə Ukrayna Derjavasının xarici işlər naziri) ilə tanış olub.

Daha bir maraqlı fakt: 1910-1915-ci illərdə Ukrayna Radasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvü Vasili Nikolayeviç Kujimin doğma qardaşı Aleksey Nikolayeviç Kujim (1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Azərbaycanda vitse-konsulu) universitetin hüquq fakültəsində Yusif Vəzir Çəmənzəminli ilə birgə oxuyub. Buna görə də Yusif Vəzirin Ukraynaya səfir təyin edilməsi tamamilə qanunauyğun idi: Yusif Vəzir bu ölkəyə və onun insanlarına bələd olmaqla bərabər Ukrayna xarici siyasətinin o vaxtkı rəhbərləri ilə şəxsən tanış idi.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Mədəniyyət