USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Xosrov və Şirin” serialı çəkilir


https://img.baki-baku.az/news/2021/07/photo_4281.jpg?v=MjAyMS0wNy0wNSAxMzoyOTo1OQ==

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii-serialının çəkilişləri davam edir.

Bu barədə APA-ya “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

 

Məlumatda qeyd olunub ki, “Xosrov və Şirin” serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub: “Müasir psixoloji dram strukurunda olan serialın qayəsi həm müasir tamaşaçıları Nizami Gəncəvi yaradıcılığıyla tanış etmək, həm də onun ədəbi kəlamlarını bir daha diqqətə çatdırmaq, gələcək nəsillərə ötürməkdir. Eyni zamanda, serial göstərəcək ki, dahi Azərbaycan şairinin az qala min il əvvəl yazdığı bir əsərdə dramaturji qaydalar, süjetin inkişaf xətti və sair bu cür prinsiplər necə dəqiqliklə yerinə yetirilib. Buna görə də bu əsər və əsərdəki qəhrəmanlar, xarakterlər bu günün bir çox ədəbi əsərlərindən daha müasir və daha aktualdır.

Məhz bu əsərin süjeti əsasında serialın çəkilməyinin bir siyasi səbəbi də var. Məlumdur ki, erməni ədəbiyyatçıları bu əsərdəki Şirin obrazını erməni şahzadəsi kimi təqdim edirlər və bəzi məlumatlara görə Şirin haqqında müəyyən əsərlər yazılır, filmlər çəkilməyə hazırlaşır. Bu baxımdan serialın istehsalı idealoji vasitə kimi mühim əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Mədəniyyət