USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Jurnalist Milli Qəhrəman Çingiz Mustafayev haqqında virtual sərgi hazırlanıb


https://img.baki-baku.az/news/2020/08/photo_381.jpg?v=MjAyMC0wOC0zMSAxMTozNDozMQ==

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunu xüsusi diqqətdə saxlayır, bu sahədə gəncləri maarifləndirməyi ən mühüm vəzifəsi hesab edir.

AZƏRTAC xəbər verir ki, kitabxananın Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayev haqqında hazırladığı geniş virtual kitab sərgisi də bu istiqamətdə görülən işlərin davamıdır.

Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi “Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində reallaşıb. Qısa zaman müddətində 1500-dən çox istifadəçi tərəfindən izlənilən virtual kitab sərgisində Çingiz Mustafayevin həyatı, fəaliyyəti, Azərbaycan jurnalistikasına gətirdiyi vətənpərvər-döyüşkən ruhu, qəhrəmancasına həlak olması və s. haqda məlumatlar öz əksini tapıb. Sərgisi vasitəsilə gənclərimiz qəhrəman Çingiz Mustafayev haqqında çox geniş məlumat əldə etmək imkanına malikdirlər. Milli Qəhrəmanın qısa, lakin eyni zamanda çox maraqlı, rəngarəng ömür yolu, 1980-cı illərdə yaratdığı “Cəngi” birliyinin fəaliyyəti, bu illərdə Azərbaycanda ilk repçi və DJ-lik sənətinin inkişafına verdiyi töhfələr, Azərbaycan gəncliyini maraqlı, hərtərəfli inkişaf etmiş, vətənpərvər görmək istəyi və özünün də eyni zamanda novator ruhlu olması, peşəkar həkim olmasına baxmayaraq, jurnalistika, incəsənət və musiqiyə olan xüsusi marağı, Vətənə sevgisi, hədsiz bağlılığı izləyicinin diqqətinə çatdırılır. Kitabxananın əməkdaşı tərəfindən hazırlanan materialda Çingiz Mustafayevin ölümü, xatirəsinin əbədiləşdirilməsi haqqında da geniş məlumat verilir. Bundan əlavə Azərbaycanın qəhrəman oğlu haqqında qələmə alınan 10-dan çox kitab da sərgidə yer alıb.

“Çingiz Mustafayev - 60” adlı virtual kitab sərgisi ilə aşağıda qeyd olunmuş linkə keçid edərək tanış ola bilərsiniz: https://www.instagram.com/p/CEdjX8Phn-D/.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Mədəniyyət