USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan televiziyasının incəsənət və mədəniyyət proqramlarına Heydər Əliyev baxışı


https://img.baki-baku.az/news/2020/08/photo_367.jpg?v=MjAyMC0wOC0zMCAxMDo1NjoxOQ==

Müəllif: Fəxriyyə Lilpar İsayeva, jurnalist 
_________________________________________________________________

Hər bir dövlətin gücü ilk növbədə onun strateji istiqamətlərini müəyyən edən siyasi liderinə bağlıdır. Türkiyə dövlətinin müasir gücü Atatürk məktəbi ilə, Fransanın gücü De Qolla... nə qədər bağlıdırsa, Azərbaycan Respublikasının müasir inkişafı Heydər Əliyev məktəbinə bağlıdır.

Ən əsası odur ki, belə bir möhtəşəm məktəb var və bu gün bu məktəbi Prezident İlham Əliyev uğurla davam etdirir. Bu uğurlar ölkədə teleradionun inkişafı ilə də əlaqəlidir. Prezident İlham Əliyevin iradəsi və Azərbaycan dövlətinin quruculuq işindəki proqram xarakterli fəaliyyətinin nəticəsidir bu gün ölkəmizdə İctimai teleradio, “Mədəniyyət” və “İdman”, çoxsaylı kommersiya TV kanalları yaradılmışdır.

Bu telekanalların hər birində Ulu Öndərimizin xüsusi qiymət verdiyi milli mədəniyyətimiz və incəsənətimiz layiqincə işıqlandırılmaqda və vətəndaşlarımızın estetik tərbiyəsinin yüksəlməsində öz rolunu oynamaqdadır. İncəsənətin teatr, kino kimi çox mühüm sahələri ilə bağlı söhbətində Heydər Əliyevin çox maraqlı fikirləri yenə də televiziyanın imkanları ilə bağlıdır. Ümummilli liderimiz Azərbaycan Milli Televiziyasının 40 illiyi münasibətilə təntənəli yubiley gecəsindəki çıxışında (17 fevral 1996-cı il) demişdir: “Televiziya xalq ilə, vətəndaşlarımızla kütləvi informasiya orqanları arasında əlaqə yaradır, eyni zamanda xalqın, vətəndaşların bir-biri ilə əlaqələrini daha da artırır.  İncəsənətin mühüm qolu olan teatrı biz vaxtilə çox yüksək qiymətləndirirdik. Çünki insanların estetik tərbiyəsində, onların mədəni səviyyəsinin artmasında insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə böyük rol oynamışdır. Sonra teatrla bərabər kino bu rolu oynamağa başladı. Dünyada televiziya meydana gələndən sonra televiziya incəsənətin bu iki çox mühüm sahəsinin fəaliyyətini, ola bilər, bir qədər məhdudlaşdırsa da, eyni zamanda onların əldə etdiyi nailiyyətləri geniş kütlələrə çatdırmaq üçün ən gözəl ən gərəkli bir vasitə oldu”.

Heydər Əliyevin bu fikirlərində sənətşünaslıq dərsliklərinə salına biləcək çox böyük elmi həqiqət var. Məsələ burasındadır ki, həqiqətən də televiziyanın inkişafı bir tərəfdən onun vasitəsilə teatr və kino faktları çox kütləvi şəkildə tamaşaçıların birbaşa evinə ayaq açdı, digər tərəfdən televiziyanın özündə teatrın, kinofilmin yeni formatları meydana gəldi. Televiziya tamaşası, televiziya teatrı, televiziya sənədli, bədii filmləri kimi yeni janrlar incəsənətimizin arsenalını zənginləşdirdi.

Azərbaycan xalqının milli-mənəvi dəyərləri, onun mədəniyyəti və incəsənəti tükənməz bir xəzinədir. Xalqımızın folklor yaradıcılığı şifahi ədəbiyyatın kamil nümunələrindən tutmuş xalçaçılıq, rəssamlıq, heykəltəraşlıq, arxitektura və s. kimi bir çox sahəni özündə əks etdirir. Habelə, Azərbaycanın yenə də həmin sahələrində saysız-hesabsız sənətkarları var ki, incəsənətimizin orijinal nümunələrini yaratmışlar. Bu sənət əsərləri televiziya yaranana və formalaşanadək lokal şəkildə yalnız özmüzə məxsus mətbuatda, kitab, albom, buklet nəşrlərində yayılmış, təbliğ edilmişdir. Yalnız dünyada və eləcə də ölkəmizdə televiziyanın inkişafı milli-mənəvi dəyərlərimizin, incəsənət nümunələrimizin dünya arenasına çıxmasına fundamental şərait yaratdı.

Televiziyanın bir çox istiamətlərdən fəaliyyətini yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev bu media qurumunun polifonik xarakterini yüksək qiymətləndirərək onun ölkəmizdə daha da inkişafına böyük qayğı göstərmişdir. Ümumiyyətlə, kütləvi informasiya vasitələrinin ictimai həyatda oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev deyirdi:

“Milli özünüdərkin bərqərar olmasında, vətənpərvəlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin, incəsənətimizin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz töhfəsini vermişdir”. Ümummilli liderimiz bütövlükdə KİV sistemində televiziyanın roluna ayrıca qiymət vermişdir. O qeyd etmişdir ki, “televiziya bütün informasiya orqanlarından ən kütləvisidir. İndi heç kəs özünü televiziyasız təsəvvür edə bilməz...”. Heydər Əliyev xüsusilə Azərbaycan televiziyasının fəaliyyətinə yüksək qiymət vermiş, mədəniyyətimizin, incəsənətimizin təbliğində onun misilsiz rol oynadığını dəfələrlə qeyd etmişdir. O qeyd edirdi ki, “xalqımızın mədəniyyətinin inkişafında televiziyanın fəaliyyəti əvəzsiz olmuşdur. Televiziya bir tərəfdən əhalini məlumatlandırmış və məlumatlandırır, dünyada baş verən hadisələri xalqa çatdırır, digər tərəfdən respublikamızda elm, mədəniyyət, incəsənət, iqtisadiyyat, təhsil və bütün başqa sahələrdə olan nailiyyətləri nümayiş etdirir, təbliğ edir, vətəndaşlarımıza çatdırır”. 

Müasir dörümüzün bir çox tanınmış media mütəxəssiləri də haqlı olaraq teleradiomuzun uğurlu fəaliyyətini Ümummilli lider Heydər Əliyevin adı ilə bağlayırlar. Həqiqətən də Azərbaycan televiziyasını xalqın milli sərvəti adlandıran Ulu öndər onun cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu daima yüksək qiymətləndirib.

Təsadüfi deyil ki, istedadlı telejurnalist və televiziya tədqiqatçısı Sadıq Elcanlı özünün “Böyük yolun zəfər zəngləri” adlı fundamental tədqiqatına Ümummilli liderimizin “Azərbaycan Milli Televiziyası Azərbaycan xalqının milli sərvətidir” kimi qiyməti ilə başlayır. Və göstərir ki, bu televiziyanın strateji ruhu məhz Heydər Əliyevin bu qiyməti kontekstində görünməkdədir.

Müəllif yazır:

Heydər Əliyevin “cismən sadə, ruhən möhtəşəm bu cümləsində Azərbaycan Televiziyasının bütöv fəlsəfəsi, məqsəd və məram həqiqətləri, strateji dayaq, dirəniş və tale hədəfləri ehtiva olunub. Əvvəla, bu, Azərbaycan Milli Televiziyasıdır, sovet sisteminin “formaca milli, məzmunca sosialist” şüar-tələblərinə baxmayaraq, on illər boyu məhz daha çox milli həqiqətləri gündəmə gətirdi, unudulmağa qoymadı, strateji hədəflər baxımından Azərbaycan dili ilə, milli-mənəvi dəyərlərlə qol-boyun, canbirqəlb olaraq, məhz antiassimilyasiya gücü, dirənişi göstərdi,... xalqın ruh ekranı, milli mənəviyyat güzgüsü oldu. Azərbaycan Televiziyası Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, poeziya və musiqimizin, rəssamlıq və heykəltəraşlığımızın... canlı tribunası, milli sənət və sənətkarlığımızın ümumxalq saxlanc xəzinəsi, mücadilə meydanı oldu. Azərbaycan Televiziyası məhz Milli Televiziya olduğu üçün Milli sərvət ola bildi. Azərbaycan Televiziyasının ən yaxşı verilişləri, film və tamaşaları məhz Azərbaycan milli ruhunun tarixi-müasir səfərbərliyinə, canlı yaşam fəlsəfəsinə xidmət edir”. 

Milli televiziyamızda müxtəlif formatlı proqramların işini yüksək qiymətləndirən Heydər Əliyev xüsusilə insanlarımızın estetik tərbiyəsinin əsasını təşkil  edən incəsənətin televiziyada təbliğini yüksək qiymətləndirirdi. Bu gün onun televiziyaya qiyməti və qayğıları ayrı-ayrı tədqiqat əsərlərinin mövzusuna çevrilməkdədir. Belə tədqiqatların birində Azərbaycan televiziyasının Heydər Əliyev məktəbinə sədaqətinə xidmət etməsi ilə bağlı deyilir:

“Azərbaycan dövləti televiziyalar vasitəsilə mədəni irsin təqdimi və təbliği işini daim diqqətdə saxlayır, bu sahədə yaranan və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması sahəsində zəruri tədbirlər həyata keçirir”.

Beləliklə, dövlət və dövlətçiliyin quruculuğunda dövlət başçısının bütün sahələrə diqqəti məhz o sahələrin inkişafına rəvac verən səbəbdir ki, Ulu öndər, Azərbaycan dövlətinin müasir dünya arenasında öz mövqeyini təsdiq etdirməyi bacaran, dahi şəxsiyyət Heydər Əliyev incəsənət sahəsinə, xüsusən də televiziya sahəsinə göstərdiyi diqqət televiziyada incəsənət proqramlarının mütəşəkkil formada hazırlanmasına səbəb oldu. Və bu gün də bu ənənənə ölkə başçısı, respublikmızın Prezidenti İlham Əliyev və  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etməkdədir.

Mənbə: Sherq.az




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Fəxriyyə Lilpar İsayeva