USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xanım yazarın növbəti kitabları çapdan çıxıb


https://img.baki-baku.az/news/2021/04/photo_3594.jpg

İxtisasca  mama-ginekoloq olan Firəngiz Rüstəmova  Avropa Təbii Elmlər Akademiyasının üzvü və eyni zamanda bir neçə kitabın – "Hor sivilizasiyası və onun günümüzdə izləri", "Tanrılar yurdu vətənim Azərbaycan və düşüncələrim", "Qadın xəstəlikləri müalicəsində dərman bitkilərinin rolu", "Ginekoloqun gündəliyindən", "Al Madan Al Anaya" adlı kitabların müəllifidir.

O aylarını, illərini –  bütövlükdə ömrünün böyük hissəsini kitablara ayıran, arayıb- axtarıb hər dürrdən bir zərrə toplayıb kitablara köçürən və onu geniş oxucu kütləsinə təqdim edən günümüzün  yaradıcı  qadın  yazarlarındandır. Son  ildə Firəngiz xanım nəfis şəkildə çap olunmuş iki fərqli, aktual mövzuların yer aldığı kitablarını oxuculara təqdim edib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan  "Folk və ya xalq təbabəti" və "Təbabət və mifologiya: görünən və görünməyən əlaqələr" adlı kitablar müəllifin təbiətlə qəlbinin vəhdətindən yaranmış gözəlliyin məhsuludur, desək, yanılmarıq.  Firəngiz xanım bu kitablarla   bizə bələdçilik edir,  təbiətin sirli, sehirli bitkilərini tanımağa, dərk etməyə səsləyir. Hər iki kitabı oxucularına   təqdim edən müəllif bildirib ki,  oxucu diqqəti, oxucu sevgisi onu daha da ruhlanıdırır və  yeni-yeni araşdırmalara sövq edir. Pandemiya şərtlərinə  uyğun olara həyata keçirilən tədbirdə  iştirak edən AQSİA  İdarə Heyətinin sədri Səkinə Babayeva, politoloq,  Əməkdar jurnalist Aynur Camalqızı,  Əməkdar jurnalist, AQSİA İdarə Heyətinin üzvü Mətanət Ağamirli, Yazıçı jurnalist Şərəf Cəlilli, AQSİA İdarə Heyətinin üzvü Pərvanə  İsgəndərova və başqaları  öz çıxışlarında kitabla bağlı yüksək fikirlərini bildirərək,  kitabların ictimaiyyət üçün,  xüsusilə qadınlar üçün ciddi  çəkisindən,   gərəkliliyindən bəhs etdilər.  Firəngiz Rüstəmovanın yaradıcılığını şərh edən natiqlər müəllifə  yeni- yeni uğurlar arzuladılar.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət