USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Dəyərlərimizi qoruyaq və təbliğ edək” - Milli mətbuatımızın Nəsir İmanquliyev zirvəsi


https://img.baki-baku.az/news/2020/08/photo_345.jpg?v=MjAyMC0wOC0zMSAxMTozNzowMA==

Hələ sağlığında milli mətbuatımızın klassikinə çevrilən görkəmli jurnalist Nəsir İmanquliyev ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib. Azərbaycan jurnalist kadrlarının bir neçə nəslinin xeyirxah, səmimi, qayğıkeş müəllimi olub.

Ancaq zənnimcə, Nəsir müəllimin əsl universiteti "Bakı" və "Baku" qəzetləri olub. O, universitet auditoriyalarında tələbələrə yalnız jurnalistikanın əsaslarını öyrədirdi. "Bakı" və "Baku"nun "auditoriyalarında" isə yetirmələrinə qəzetçilik isinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı, səbrlə işləmək vərdişləri, ən başlıcası isə, Nəsir İmanquliyev şəxsiyyətinə xas olan xeyirxahlıq, alicənablıq, nəciblik, yüksək daxili mədəniyyət və böyüklük - ağsaqqalıq, təmkinlilik kimi məziyyətləri təlqin edirdi. Məhz bu amillərə əsasən, tam məsuliyyət hissi ilə deyirik ki, Nəsir müəllim özünün Jurnalistika məktəbini yaratmışdır.

Nəsir müəllimin jurnalistika məktəbinin yetirmələri o vaxtlar da, elə indinin özündə də Azərbaycanın aparıcı mətbuat orqanlarında çalışır, dəst-xətləri ilə seçilirlər. Adları milli mətbuatımızın tarixinə düsmüs jurnalistlərin bütöv bir nəsli, sözün həqiqi mənasında, Nəsir İmanquliyev Məktəbinin yetirməsidi. Nəsir müəllimin məktəbi təkcə istedadlı jurnalistlər deyil, həm də görkəmli elm və mədəniyyət xadimləri yetişib. Sonralar Azərbaycan ədəbiyyatının tanınmış simaları olan bir sıra yazıçılar, şairlər, alimlər ilk yaradıcılıq addımlarını "Bakı" qəzetində atıblar. "Bakı", həmçinin bütöv bir ədəbi nəslin yeni əsərlərinin işıq üzü gördüyü qəzet olub.

Milli mətbuatımızın indi üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 60 il bundan əvvəl yüksək qiymətləndirən Nəsir müəllim rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə böyük üstünlük verirdi. Bu, səhər qəzetlərini o zaman digər mətbu nəsrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi.

Fərqləndirici cəhətlərdən söz düsmüskən, xatırlatmağı özümə borc bilirəm ki, mətbuatımızın tarixində 30 il fasiləsiz redaktor işləmək, hər həftə iki dildə bir-birini təkrarlamayan 12 nömrə qəzet buraxmaq, müxtəlif millətlərə, müxtəlif zövqlərə, fərqli düşüncələrə mənsub böyük bir kollektivi söz-söhbətsiz, dəqiq saat mexanizmi ilə işlətmək heç də hamıya nəsib olan hünər deyildi. Təkcə bu faktın özü Nəsir müəllimin ağsaqqallığı, idarəçilik üslubu, redaktorluq məharəti, ustalığı və ustadlığı haqqında çox söz deyir. Nəsir müəllim ömrü boyu saysız-hesabsız adama hayan olub, çoxunun müşkülünü yoluna qoyub, dar günündə əlindən tutub.

Biz TURAN bank olaraq mütəmadi şəkildə “Dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində silsilə layihələr gerçəkləşdiririk. “Mili mətbuatımızın Nəsir İmanquliyev zirvəsi” layihəsi mətbuatın 145 illiyinə töhfəmizdir. “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatı yarandığı gündən milli məfkurəyə, milli dövlətçiliyə xidmət edib. Onun Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Nəsir İmanquliyev kimi öz məktəbləri olan simaları olub.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çox qiymətli bir kəlamı var: “Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidi. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdi, dəyərimizdi”. Bu milli jurnalistikamıza verilən ən böyük qiymətdi.

TURAN bank olaraq bundan sonra da milli- mənəvi dəyərlərimizin təbliği istiqamətində yeni- yeni layihələr gerçəkləşdirmək niyyətindəyik. Bu bizim həm də Ulu öndər Heydər Əliyevin “Xalq öz tarixi, mədəniyyəti, tarixi şəxsiyyətləri ilə tanınır” çağrışına töhfəmiz ola bilər.

TURAN bank




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət