USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nəsir müəllim qalın yox, qalan kitablar qoydu

Bu, düz 30 il oxucularını deyib sevə- sevə köşklərə gələn “Qəzet kitablar” idi 


https://img.baki-baku.az/news/2020/08/photo_344.jpg?v=MjAyMC0wOC0yOSAxNDoxOToyNQ==

Şərəf Cəlilli

Tanrının ona bəxş etdiyi ömür payını müxtəlif vəzifələrdə əritsə də, professor Nəsir İmanquliyev ömrü boyu mətbuatla, jurnalistika ilə bağlı olub. Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə təbliğat-təşviqat şöbə­lərinə başçılıq edəndə də, Radioinformasiya Baş İdarəsinin rəisi, Radio və Televiziya Komitəsində sədr müa­vini olanda da o, publisistikadan, jurnalistikadan ayrılmayıb. Ruhunu, duyğusunu sözə köçürüb. Haqqa arxalanıb, həqiqəti yazıb. Qurduqları, yaratdıqları, təməlini qoyduqları ilə Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Mirzə Cəlil ənənələrini yaşadıb.

Müəllimlik edib. Müəllimdən müqəddəs ad, jurnalistikadan müqəddəs peşə tanımayıb. Elmi əsərləri, monoqrafiyaları, dərslikləri ilə peşəsinə sədaqət hissini sübut edib. Bir vaxtlar böyük Həsən bəy Zərdabinin müdrikcəsinə söylədiyi: “Elm gərək sel kimi axsın ki, hər kəs onu içə bilsin” kəlamını gerçəyə çevirib. Müəllimliyi, alimliyi ilə öyünüb. Millətinin çırağına, işığına dönüb. Qəlbinin, könlünün nurunu insanın, insanlığın üstünə səpib.

Mircəfər Bağırovun sərəncamı ilə “Kommunist” qəzetində redaktor müavinliyi tapşırılan, Moskvaya Qəzet Kursuna, Ali Partiya Məktəbinə oxumağa göndərilən, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə təbli­ğat-təşviqat şöbəsinə rəhbər təyin olunan professor Nəsir İmanquliyev ondan sonrakı katiblərin – İmam Mustafayevin, Vəli Axundovun, Heydər Əliyevin zamanında da öz məqamında olub. Düz on çağırış Bakı Şəhər Sovetinə deputat seçilib, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində, Bakı Şəhər Veteranlar Şurasında, Azərbaycan jurnalistlər İttifaqında, “Azərnəşr”də, “Təbliğatçı” jurnalında məsul vəzifələrin öhdəsindən gəlib, orden-medallara, fəxri adlara layiq görülüb. Hər birinci şəxs də onun əzə­mətinə, əyilməzliyinə, peşəkarlığına, ictimai-siyasi mühitdəki nüfuzuna ehtiram bəsləyib.

Deməli, professor Nəsir İmanquliyev sıradan bir jurnalist, redaktor deyildi. Vətəndaş idi. Vətən daşı idi. Ona inanmaq, onunla işləmək, onunla hesablaşmaq gərək idi. Çünki o, zamanın sərt sınaqlarından, fırtına­larından ləyaqətlə keçən, məsləki ilə çoxlarına örnək olan müdrik şəxsiyyət, nəcib, xeyirxah insan, qürətli ziyalı, əsl xalq müəllimi, El atası, insanlıq mücəssəməsi, peşəkarlıq nümunəsi, Seçənin seçilən bəndəsi idi!

Bütün dahilər, istedadlı insanlar kimi, həyatı keşməkeşlərdən, eniş-yoxuşlardan ibarət olan Nəsir müəl­lim də ömrünün ilk çağlarını və sonunu ağrılar, kədərlər içində yaşadı. Sevimli Gövhərinin və Aidasının ayrılıq şərbətinin camında, göz yaşlarının qəm köynəyində keçirdi.

Olmuşlara, olanlara baxmayaraq bu gün həyat davam edir. Nəsir müəllimin sevdiyi sevgili Azərbaycanı, alagözlü Bakısı, “canımda can” dediyi universiteti yenidən qurulur. Qurulan, kərpic-kərpic tikilən Vətənin, Məbədin qurucularının önündə onun sığalına, sevgisinə, nağılına böyüyən, ilham pərisinə dönən Mehribanı, Nərgizi var. Nəcibliyi, xeyirxahlığı ilə gündə yüz yol dərgaha yol gedən, saflığı, paklığı ilə alagözlü Xəzərə, Sular şəhərinə çəkən, xəzriyə, gilavara qoşulub “Bakı”dan Bakıya sevgi məktubları göndərən, 60-cı illər mətbuatının nəfəsliyi olan, ustad ucalığından jurnalistika adlı nəhrə boylanan, doğmaları, yetirmələri ilə qürur duyan Nəsir müəllim qalın yox, qalan kitablar qoydu. Bu, düz 30 il oxucularını deyib sevə-sevə köşklərə gələn “Qəzet kitablar” idi. Vaxtı, zamanı özü ilə çəkib aparan “Qəzet kitablar”a kimi Nəsir müəllimin əfsanəsi, kimi də Şah əsəri dedi.

Kim nə deyir, desin! O əfsanənin, Şah əsərin özü – “Yeni Yol” qəzeti bağlandıqdan sonra düz 20 ilə yaxın “əhalisinin yarısından çoxu azərbaycanlılardan ibarət olan şəhərin günahı nədir ki, ana dilində çıxan qəzeti bağlasın” deyib Mərkəzi Komitənin dincliyini əlindən alan, “Təzkirə” düzüb, “Cüng” tutanlara qoşu­lub düz 60 il bundan öncə onun ideyasını verən, ilk cümləsini yazan, 63 əsgəri ilə mənəviyyat səngərinə yollanan, hər anın, hər günün “senzura” döyüşündən qalib çıxan, fırtınalar qopsa da millətinin, məmləkətinin üzünə şah baxan, tərcümeyi-halına “ötkəm redaktor”, “təşkilatçı mühərrir”, “peşəkar jurnalist”, “kişi adam” kəlmələrini yazan Nəsir müəllim idi!

O, Nəsir müəllim ki, indi həm də sevimli nəvələrinin - Azərbaycanın Birinci xanımı, Azərbaycan Respublikasının I Vitse-prezidenti, Azərbaycan Mədəniyyət Fondunun, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi genişmiqyaslı layihələri ilə svilizasiyaların dialoquna töhfələr verən, multikulturalizmin Azərbaycan modelinin konturlarını cızan, babalarının milli-mənəvi dəyərlər tariximizdəki yerindən cild-cild əsərlər bağlayıb, məqalələr yazdığı - İçərişəhəri, Qobustanın qayaüstü abidələrini, tarı, sazı, neyi, Novruz bayramını, Azərbaycan muğamlarını, Azərbaycan xalçasını dünyanın maddi-mədəni irsi siyahısına yazdıran xanım Mehriban  Əliyevanın təməlini qoyduğu, publisistikasını, redaktorluq məharətini yaşatdığı “Azərbaycan-İrs” və “Muğam” dərgilərində, “ÜNS”ü, “Qarabağnamə”si ilə dünyanın sənət-mədəniyyət məbədlərinin mələyinə dönən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı­nın təməlini qoymaqla milli, mənəvi, dini qarşıdurmaların əleyhinə çıxıraq, elmi-mədəni əlaqələrin, dostlu­ğun, tolerantlığın körpüsünə çevrilən, Azərbaycan - İngiltərə Cəmiyyətinin xətti ilə Şərq-Qərb dialoquna xidmətdə bulunan, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz xanım Paşayevanın duyğularında, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ruhundan qida verdiyi “Bakı” jurnalnın səhifələrində, Bakı Media Mərkəzini qurmaqla medianın həyatımızdakı rolunu və yerini müəyyənləşdirən, Azərbaycan həqiqətlərini medianın imkanları çərçivəsində dünyaya müasir biçimdə təqdim edən, milli kinonun tarixini müasir kino sənayesinin nailiyyətləri ilə zənginləşdirən, milli istiqlal, milli dövlətçilik istiqamətində mücadiləmizin açılmamış səhifələrinə, istiqlal, özgürlük mücahidlərinin ömür yoluna ayna tutan Arzu xanım Əliyevanın millət, məmləkət sevgisində,  “Yarat” Müasir İncəsənət Məkanının rəhbəri Aida xanım Mahmudovanın rənglər dünyasında, “Nargis” jurnalı ilə incəsənət, mədəniyyət və jurnalistika tarixinə imzasını atan Ülviyyə xanım Mahmudovanın fəaliyyətində yaşayır.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Şərəf Cəlilli