USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Bakı” paytaxtımıza qayıtdı


https://img.baki-baku.az/news/2020/08/photo_343.jpg?v=MjAyMC0wOC0yOSAxMzoxMjoxNA==

 Ağahüseyn Hüseynov, 
əməkdar jurnalist

 

"Biz “Bakı”-“Baku” qəzetlərini yalnız axşam dərgiləri kimi deyil, bizim sadiq köməkçilərimiz kimi görürük".

Heydər Əliyev

Bu həftə Azərbaycan paytaxtının ictimai-siyasi həyatında əlamətdar hadisə baş verdi. Müxtəlif şəraitlər səbəbindən “Bakı”-“Baku” şəhər qəzetləri uzun fasilədən sonra elektron formatda işıq üzü gördü. Bu istiqamətdə Bakı Şəhər İcra Hakimiyyəti, Mətbuat şurası və digər təşkilatlar əvvəlcədən böyük iş gördülər. Bütün səylər qəzetin aktiv fəaliyyətinə, kütlələrə ölkə və paytaxt rəhbərliyinin siyasətini cəmiyyətə çatdırmağa yönəlib.

“Bakı”-“Baku” qəzetləri 60-illik yol qət ediblər. “Bakı”nın ilk nəşri 1958-ci ildə yanvarın 10 işıq üzü görüb və bu respublikanın paytaxt həyatında mühüm bir hadisəyə çevrilmişdir. 5 il sonra, daha dəqiq, 1 iyun 1963-cü ildə “Baku” qəzeti dərc edilməyə başladı. O zamanlar, partiya-bürokratik təzyiqinin dövründə qəzet dərc etmək çox çətin idi. Lakin, bütün problemlərə baxmayaraq, əvvəl “Bakı”, sonra isə “Baku” qəzetləri o vaxtın adlı-sanlı dövri çap nəşrləri arasında öz yerlərini tapdılar. Bu, ilk öncə görkəmli pedaqoq, alim, ictimai xadim, milli mətbuatın fədaisi olan Nəsir Əsədulla oğlu İmanquliyevin böyük istedadı, bacarıqlı təşkilatçılıq qabiliyyətinin sayəsində baş verdi. O, təcrübəli kapitan kimi, güclü mətbu orqanına çevrilən “Bakı”-“Baku” adlı gəmini coşğun dənizlərin arasından keçirirdi. Nəsir müəllim İmanquliyev azərbaycan milli mətbuatının banilərindən biri sayılır. Onun bütün jurnalist, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətləri xalqa sədaqətli xidmət göstərməyə, milli jurnalistikanın inkişafına yönəlmişdir. 60 illik tədris fəaliyyəti müddətində Nəsir müəllim, sonralar müxtəlif sahələrdə görkəmli ictimai-siyasi xadim olmuş, mədəniyyət, təhsil, elm sahələrində müvəffəqiyyət qazanmış yüzlərlə jurnalist yetişdirib. “Bakı”- “Baku” qəzetlərinin nəşri zamanın tələbi idi. Dinamik inkişaf edən Bakı meqapolisinin geniş kütlələrə ölkə və paytaxt rəhbərliyinin siyasətini çatdıra biləcək özünün mətbuat carçısı olmalı idi. “Bakı”- “Baku” qəzetləri hər zaman öz operativ yazıları ilə, hadisə yerindən reportajları ilə xalqın arasında olub, ictimai-məişət problemlərin həllinə kömək edirdilər.

Ötən əsrin 70-ci illərində Bakı öz intensiv inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu, bilavasitə ümummilli lider Heydər Əliyevin quruculuq fəaliyyəti ilə bağlıdır. Respublika bütün sahələrdə, həmçinin mətbuat sahəsində inkişaf edirdi. Və bu böyük ideoloji işin avanqardında “Bakı”-“Baku” qəzetləri dayanmışdır. Partiya plenumlarının birində ümummilli lider Heydər Əliyev qeyd etmişdir ki, “biz “Bakı”-“Baku” qəzetlərini yalnız axşam dərgiləri kimi deyil, bizim sadiq köməkçilərimiz kimi görürük”. Bu, kollektivə ümummilli lider tərəfindən verilən yüksək qiymət idi.

Bir sıra səbəblərdən “Bakı”-“Baku” qəzetləri çətin dövr yaşadı, maddi problemlərlə əlaqəli olaraq, onların dərc edilməsi müvəqqəti dayandırılmışdır.

Şəhər icra hakimiyyətinin səyləri, Respublikanın Mətbuat Şurasının böyük təşkilati işləri və alim- jurnalist Şərəf xanım Cəlillinin axtarış-tədqiqat işinin nəticəsində, qəzet yenidən dirçəldi, elektron formatda işıq üzü gördü.

Mən böyük insan Nəsir Əsədulla oğlu İmanquliyevin xatirəsinə ehtiram olan bu layihədə iştirak edənlərin hər birinə minnətdarlığımı bildirirəm.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Ağahüseyn Hüseynov