USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Böyük ustad məktəbi̇


https://img.baki-baku.az/news/2020/08/photo_289.jpg

Ağahüseyn Hüseynov,
"Bakı" və "Baku" qəzetlərinin redaktoru, respublikanın əməkdar jurnalisti

Əlimə qələm alıb bu xatirələri yazıya köçürərkən ilk öncə düşündüm: Elə bil, hər şey dünən bas verib, hər sey təzədir, hər sey hələ yaddaşdadır. Lakin illər keçir, ömrün səhifələri vərəqlənir. Əlli il əvvəl, daha dəqiq desək, 1958-ci ilin yanvarın 10-da "Bakı" axşam qəzetinin ilk sayı işıq üzü görmüşdür. Beş il sonra, 1 iyun 1963-cü ildən isə "Baku" qəzeti nəşr olunmağa başlamışdır. İndi demokratik dəyişikliklərin qızğın çağında, həyatın bütün sahələrinin əsarətdən azad olunduğu bir zamanda yeni qəzet və jurnal təsis etmək adi hal almışdır. O zamanlar, 50 il öncə isə bürokratik partiya sistemində bütün təbliğat-informasiya işinin bir əldə cəmləşdiyi vaxtda "Bakı"nın, sonra isə "Baku'nun axşam qəzetləri kimi nəşr edilməsi respublika paytaxtının ictimai- siyasi həyatında əlamətdar hadisə idi. Bu qəzetlərin əsasını Nəsir Əsədulla oğlu İmanquliyev qoymuşdur və onlara düz 30 il rəhbərlik etmişdir.

İndi iftixar hissi ilə demək olar ki, Nəsir müəllimin redaktoru olduğu şəhər qəzetləri Azərbaycan milli mətbuatında sanballı iz qoymuş və onun rəhbərlik etdiyi redaksiyası özünəməxsus dəst-xəttə, təlim və tərbiyə üsullarına malik milli jurnalistika universiteti idi.

Artıq on ilə yaxındır ki, Azərbaycan jurnalistikasının patriarxı, məşhur alim, pedaqoq, ictimai xadim, professor Nəsir İmanquliyev aramızda yoxdur. O, milli mətbuatımızda yarım əsrdən artıq fəaliyyəti ilə özündən sonra parlaq iz qoymuşdur və zəngin biliyə, böyük təşkilatçılıq qabiliyyətinə, yüksək mədəniyyətə malik idi, insanlığa, ziyalılığa əsl nümunə olmuşdur.

Elə bil, Nəsir müəllimin az sayda insanı dəvət etdiyi 65, sonra 75, nəhayət, 85 illik yubileylərinin sakit və ciddi təntənələri hələ yaddaşlarda təzədir. Yaxşı yadımdadır, o, yubileylərinə qonaqları diqqətlə seçərdi, sanki səhvə yol verməkdən, ən əsası da qohumlardan, dostlardan, həmkarlardan kiminsə xətrinə dəyməkdən çəkinirdi. Ömrünün hər on ilini ölçən bu məclislərdə ağsaqqalın özünü gümrah saxlamasına, zarafatlar etməsinə, bir-iki badə qaldırmasına baxmayaraq, hər halda, onun gözlərində bir narahatlıq oxunardı, elə bil, yaşanmış enisli-yoxuslu uzun ömrün sevinci və kədərli anları bu gözlərdə yığılmışdı.

Nəsir müəllim təmtərağı, məddahlığın və bakal cingiltilərinin həqiqəti batırdığı səsli-küylü şənliklərdən uzaq olardı. O, bütün həyatı ilə jurnalistikaya, ölkəyə, xalqa altmısillik xidməti ilə, heç şübhəsiz ki, yüksək dövlət təltiflərinə layiq idi, lakin öz təvazökarlığı üzündən, necə deyərlər, həmisə "kölgədə" qalırdı. İnciklikləri, qarşılaşdığı təzyiqləri üzə vurmurdu, baxmayaraq ki, onun həyat yolunda belə hallar çox olurdu.

Mən Nəsir İmanquliyevi ilk dəfə 1958-ci ildə görmüsəm. İndiki "Azərbaycan" mehmanxanasının yerində qərar tutan keçmiş Azərbaycan KP MK-nın birləşmiş nəşriyyatının darısqal sexində "Bakı" qəzetinin səhifələnməsi üçün taler dəzgahının önündə hündürboylu, bir qədər dalğın, lakin tipik ziyalı görünüşlü bir şəxs dayanmışdı. Əlində qəzetin hazırlanmaqda olan nömrəsinin ot- tiskini (səhifəsini) tutan bu şəxs mürəttibə məqalələrdən birinin sərlövhəsini necə görmək istədiyini səbirlə izah edirdi. O, iki dəfə ustanın təklif etdiyi srifti bəyənmədi və yalnız üçüncü cəhddə məmnunluqla dedi: "Bəli, bax, bu yarayar..."

Usta sərlövhəni yığmağı mənə - mürəttib isini hələ təzə-təzə mənimsəyən "sütül" şagirdə tapşırdı. Sonra da mənə müraciətlə dedi:

- Yadda saxla, Nəsir müəllim kabinet redaktoru deyil, qəzeti necə etməyi bilir, odur ki, onun məsləhətlərinə qulaq as, öyrən...

"Bakı" o vaxtlar hər seyə qadir olan partiyanın çətiri altında müdafiə edilən nüfuzlu qəzetlərin sırasında özünə yaşamaq hüququ və böyük nüfuz qazanmaq uğrunda səy göstərirdi. Beləliklə, hələ az tanınan axşam qəzeti qətiyyətlə, lakin zahiri hay-küysüz ayağa durmaq üçün özünə yol açdı, elə bir xüsusi gərginlik keçirmədən məşhurlaşdı, "simasını" təsdiqlədi. Günün sonunda - saat beş-altı radələrində köşklərin qarşısında "Bakı" axşam qəzeti üçün yaranan növbələr hələ yaddaş-lardan silinməyib. Və əlbəttə ki, oxucular qəzeti açanda peşman olmurdular, kiçik formatlı "Bakı"- nın səhifələrində onları narahat edən, doğma şəhərləri üçün aktual olan çox şey tapırdılar...

Axşam qəzetinin məshurluğu, ilk növbədə, onun redaktorunun əməyi ilə bağlı idi. Təcrübəli kapitan "Bakı" adlı gəmini məharətlə idarə edib, onu cəsarətlə böyük sulara çıxartdı. Nəsir müəllim onda arxa axtaran yazarları həssaslıqla qoruyurdu. Tezliklə, axşam qəzeti böyük formatda çıxmağa başladı, sonra isə Nəsir müəllim rusdilli "Baku" qəzetinin də nəsrinə nail oldu və ötən əsrin 80-ci illərinin sonlarınadək bu qəzet cütlüyünün "yüyənini" öz əlində cəsarətlə saxladı. O, yolboyu qarşıya çıxan maneələrdən yan keçməyi öyrəndi və başqalarını da buna öyrətdi.

Yox, onun həyat yoluna qızılgüllər səpilməmişdi. Yuxarı qalxmalar bəzən ağır enmələrlə əvəzlənirdi, lakin Nəsir müəllim heç vaxt təslim olmurdu, heç vaxt həyatdan gileylənmirdi. O, üzərinə düşən çətinliklərin altında, sözün əsl mənasında, möhkəm yay kimi sıxılırdı və bəzən elə görünürdü ki, daha dözməyəcək, o vaxtkı Bakı şəhər Partiya Komitəsində, həmçinin MK-da yüksək vəzifə kürsülərində əyləşən və onu sevməyən məmurların hücumlarının qarşısında sınacaq. Lakin yay düzəlirdi, Nəsir müəllim özündə dirçəlməyə güc tapırdı. O, öz doğma qəzet işinə qayıdır və başqa hər seyi, bütün xoşagəlməz məqamları unudurdu.

Xatırlayıram, təxminən 30 il bundan əvvəl partiya fəlakətinin qara buludları Nəsir İmanquliyevin başı üstünü bürümüşdü: Hansısa bir xırda məsələyə görə "ilişmə" gülməli idi. Şəhər miqyasındakı partiya bossunun özü də "qaynadılan" isin cəfəngiyyat olduğunu anlasa da, qətiyyətlə ax-şam qəzetinin sözdə və əməldə prinsipial olan redaktoruna təzyiqləri artırmaqda davam edirdi. O vaxtlar "işi", necə deyərlər, göyədək şişirtdilər, redaksiyaya, onun rəhbərliyinə ağır zərbə vurdular. Lakin Nəsir müəllim tab gətirdi. Hədsiz səylər sayəsində redaksiyanı öz iş ahənginə qaytarmaq, kollektivi tərk etmək məcburiyyətində qalan təcrübəli jurnalistlərə layiqli əvəz tapmaq mümkün oldu. Zaman bu sifarişlə "qaynadılan" isin bütün eybəcərliklərini üzə çıxartdı, hər seyi yerbəyer etdi, bununla belə, jurnalistikamızın ağsaqqalının qəlbində sızıldayan bir çapıq qaldı. Uzun həyat yolunda o dəfələrlə qamçılanmışdı. Kənara çəkilmək, sakit ömür yaşamaq, bəlkə də, daha asan olardı, lakin Nəsir müəllimin təbiəti belə deyildi. O, əsl döyüşçü idi, sümüyündən iliyinədək qəzet isinə, öz övladlarına - "Bakı" və "Baku" qəzetlərinə sədaqətli idi.

Nəsir müəllimin başqalarında jurnalistlik vergisini çox həssaslıqla "görməsi" adamı heyran qoyurdu. O, təcrübəli bir psixoloq, məharətli seleksiyaçı kimi, qəzet üçün əməkdaş seçəndə yanılmırdı və uzun müşahidələrdən sonra üzərində dayandığı şəxsləri tərəddüd etmədən istehsalatdan, tələbə auditoriyasından birbaşa qəzetdə işləməyə dəvət edərdi. Nəsir müəllimin məktəbini sonralar yalnız peşəkar jurnalist kimi deyil, həm də ən müxtəlif sahələrdə tutduqları vəzifələrdə özlərini yüksək səviyyədə təsdiqləyən yüzlərlə insan keçmişdir. Onların arasında həm dövlət adamları, həm elm xadimləri, həm də hərbçilər və çox sayda yüksək səviyyəli ali məktəb müəllimləri vardır. Lakin onların hamısı jurnalist, özlərinin ustadları sandıqları Nəsir müəllimin yetirmələri olaraq qalırlar.

Ağsaqqal Nəsir müəllim həyatı tam mənada, bütün genisliyi və rəngarəngliyi ilə qəbul edirdi. O, lap elə əməkdaşlarının yalnız xidməti yox, həm də məişət qayğılarından xəbərdar olmağı özünün böyüklük borcu sanırdı. Redaksiya əməkdaşlarının elə bir toy məclisi olmazdı ki, Nəsir müəllim onun keçirilməsinə bu və ya digər dərəcədə kömək etməsin. O, hər bir əməkdaşın xarakterinə, onların tapşırılan isə, nizam-intizama münasibətlərinin müxtəlifliyinə hörmət etməyi bacarırdı.

Nəsir müəllim, ilk növbədə, özünə qarsı tələbkar idi və tabeçiliyindəkilərdən də bunu tələb edirdi. Bir sözlə, mənim (bir sıra digər işçilərin də) Nəsir müəllimlə münasibətlərim "redaktor- əməkdaş" çərçivəsindən çox-çox kənara çıxmışdı. Tam yəqinliklə deyə bilərəm ki, bizlərdən çoxunun öz redaktorları ilə sıx ailə münasibətləri yaranmışdı.

Yeri gəlmiskən, Nəsir müəllimin öz ailəsinə münasibəti, sözün əsl mənasında, nümunə sayıla bilərdi. Bu da ona böyük hörmət qazandırırdı. Onun ömür-gün yoldası Gövhər xanımın xeyirxah obrazını unutmaq mümkün deyil. O, Azərbaycan qadınına xas olan ən yaxşı keyfiyyətləri özündə cəmləşdirirdi. Qızı Aida xanım, kürəkəni Arif müəllim (məşhur yazıçı Mir Cəlalın oğlu), nəvələri Nərgiz və Mehriban Nəsir müəllimin möhkəm və xoşbəxt ailəsini təşkil edirdi. O, jurnalistlər üçün həmişə mənəvi təmizlik, alicənablıq, yüksək davranış mədəniyyəti, ziyalılıq, xalqa, doğma torpağa bağlılıq nümunəsi olmuşdur. Obrazlı ifadə etsək, Nəsir müəllim bizdən ötrü həyatda özümüzü necə aparmaq üçün bir kompas idi...

Jurnalistikamızın patriarxı Nəsir müəllim təkrar etməkdən yorulmazdı: Qəzet səlahiyyətli nümayəndədir, o, hər evə, hər ailəyə girməlidir. Qəzetin arzuedilən olması üçün onu əsaslı səkildə, insanlar və dövlət üçün faydalı etmək lazımdır. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru, yarım əsrədək respublikanın bu aparıcı ali məktəbində dərs demiş Nəsir müəllimin mühazirələri də məhz bu yüksək amillərə istiqamətlənirdi. Onun mühazirələri ibrətamiz olurdu, jurnalistlik məktəbində qazanılan zəngin təcrübə ilə yoğrulurdu. Bu indidir, jurnalistikada (təkcə jurnalistikadamı?!) ağlasığmaz hərc-mərcliyin hökm sürdüyü bir vaxtda öz sifarişli cızmaqaraları ilə üzdəniraq qəzetlərin səhifələrini dolduran və jurnalistlik işinin mahiyyətindən, onun təyinatından baş çıxarmayan hər cür "qələm əhli" güruhu zühur etmişdir. Əlbəttə ki, belə başabəla jurnalistlər qəzet işində həqiqəti, vicdanı, düzgünlüyü göz bəbəyi kimi qoruyan Nəsir müəllimin məktəbindən uzaqdırlar.

Bu keyfiyyətlər professor Nəsir İmanquliyevdə hələ gəncliyindən, ötən əsrin uzaq 30-cu illərində onun - qazma idarəsinin texnikinin o vaxtlar öz sanbalına görə respublikada birinci olan "Kommunist" qəzetinin redaksiyası ilə əməkdaşlığa dəvət edildiyi vaxtlardan formalaşmışdır. Sonra o, gənc jurnalistin yaradıcılıq ustalığının cilalandığı "Gənc işçi", "Yeni yol" kimi başqa qəzetlərdə işləmişdir. Faşizmlə müharibə illərində Nəsir müəllim "Krım cəbhəsi" qəzeti ilə əməkdaşlıq etmiş, sonra yenidən "Kommunist" qəzetinə qayıtmışdır. Onun jurnalistika ilə yolunun müvəqqəti ayrıldığı vaxtlar da olmuşdur. Lakin bu, uzun sürməmişdir. Nəsir müəllim jurnalistikadan kənarda qalmağı bacarmaz və bunu heç istəməzdi də. Heç təsadüfi deyildir ki, o, ömrünün 30 ilini "Bakı" və "Baku" qəzetləri ilə bağlamışdır.

Nəsir müəllimin ömrünün son illəri çətin keçmiş, bəzən üzücü ağrılarla müşayiət olunmuşdur. Sevimli qəzet isindən ayrılmağın ağırlığı onun artıq yaşla bağlı əvvəlki möhkəmliyini itirən səhhətində özünü göstərirdi. Görmə qabiliyyəti zəifləmişdi, ürəyi şıltaqlıq edirdi. Axı onun uzun ömründə nə qədər haqsızlıqlar, incikliklər olmuşdu - buna hər kəs tab gətirə bilməzdi. Lakin bu insan, böyük şəxsiyyət ruhdan düşmədi, özünü itirmədi. O, dərk edirdi ki, keçmişi geri qaytarmaq mümkün deyil, bununla belə həyatın faniliyi barədə düşüncələrə dalmaq, böyüməkdə olan nəslə xeyir-dua vermək imkanlarını da buraxmırdı. Yaşanmış 87 illik ömrün zirvəsindən əməkdar jurnalist, əməkdar mədəniyyət işçisi, "Qızıl qələm" mükafatı laureatı, alim, pedaqoq, ictimai xadim, professor Nəsir Əsədulla oğlu İmanquliyev çox şey görürdü. O, həyatı, doğma jurnalistlik işini, Bakını, Vətəni sevirdi. Hər şeydə başqalarına nümunə idi. Bax, elə buna görə də Nəsir müəllim onunla işləyən, onu tanıyan, ondan dərs alan, öyrənən hər kəsin qəlbindədir..




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Ağahüseyn Hüseynov