USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bu gün övladlarınıza kitab bağışlayın 14 fevral Beynəlxalq Titab Bağışlama Günüdür


https://img.baki-baku.az/news/2021/02/photo_2867.jpg

Dünən rayonda yaşayan nəvələrimə baş çəkməyə getmişdim. Söz-sözü gətirdi-Beynəlxalq Kitab Bağışlama Günü barədə suallar verdilər. Dedim ki, bu müdrik adamların düşündükləri, təsisinə dəstək verdikləri orijinal bayramlardandır. Hərçənd sovqat ilk növbədə şirin-şəkər balalar üçün nəzərdə tutulub, amma kitab elə bir bəşəri nemətdir ki, yaşdan asılı olmayaraq hamı üçün nəzərdə tutulur,bütün ömür boyu onu heç bir nemət əvəzləyə bilməz.

Rayona hazırlıqlı getmişdim. Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil alan nəvəmə “662 saylı məhbus-Seyid Cəfər Pişəvəri”ni və Yunus Oğuzun “Nadir şah”ını bağışladım. Birincisinin tərtibçisi, ön sözün və şərhlərin müəllifi yorulmaz tədqiqatçı alimimiz Əkrəm Rəhimli (Bije), elmi redaktoru dosent Səməd Bayramzadədir. İkincisi tarixi şəxsiyyətlər barədə silsilə romanların müəllifi Yunus Oğuza məxsusdur. Güneydəki ata-baba tarixinə, görkəmli şəxsiyyətlərin, nəsillərə örnək insanların məziyyətlərinə yaxından bələd olmaq istəyənlər ulu keçmişimizdə silinməz izləri olan sərkərdələrin, dövlət başçılarının barələrində də ensklopedik biliklər əldə etməlidirlər.

Unudulmaz yazıçımız İsmayıl Şıxlının  “Dəli Kür” romanını 1 saylı məktəbin rus bölməsində təhsil alan ikinci qız nəvəmə təqdim etdim. Yaxşı-yaxşı oxusun ki, Rusiya ipmeriyasının sındıra bilmədiyi Milli Kişilərimizin kimliklərinə dərindən bbələd olsunlar, beləliklə milli mənsubiyyətimizdən irəli gələn xüsusiyyətləri yaxşı əxz etsinlər.

Üçüncüyə “Şəhriyarın türkçə divanı”nı ona görə bağışladım ki, ustad şairin vurğunudur. Onun “Heydər Babaya salam”ından bir çox bəndi əzbər bilir.

Heydər baba! İldırımlar çaxanda
Sellər sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Səlam olsun şövkətizə, elizə.
Mənim də bir adım gəlsin dilizə.

Balaca Ruqayyənin payına daha çox kitab düşdü. Uzun illərdən bəri tanıdığım, yaşı 80-i ötmüş, 15-ə yaxın kitabın müəllifi, vaxtilə məlahətli səsi ilə Güney Azərbaycan dinləyicilərinin də rəğbətini qazanmış Rəfiqə Məmmədovanın “Dolu”sunu, “Mənim Şahinim”ini, və “Dostluq”unu ona verəndə sevincinə qoşuldum. Bu ağbirçək ana mənim üçün həm də nikbinlik simvollarındandır. Uşaqlar üçün yazır, amma aparıcı xətti vətənpərvərlik, doğma yurda, onun gözdoymaz gözəlliklərinə məhəbbətin təlqini təşkil edir. Qarabağın, doğulduğu, boya-başa çatdığı Cəbrayılın, təhsil aldığı Şuşanın, ikinci Dünya Müharibəsində yola saldıqları, bu günədək xəbər-ətəri olmayan atasının addımladığı cığırların indi düşmən tapdağından azad olunması bu nikbinliyin təntənəsidir.

Üfüqdən boylanan qızıl günəştək,
Sülhün bayrağına keşikçisən sən.
Bu bayraq dünyaya məhəbbət, kömək,
Müjdədir ən böyük qələbələrdən.

Əziz oxucular, bu gün mən baba borcumdan çıxdım. Gün davam edir, siz də evladları sevindirməyə tələsin.

Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri,
Əməkdar jurnalist




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Mədəniyyət