USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sükutun pozulduğu gün! - Redaktordan


https://img.baki-baku.az/news/2020/08/photo_283.jpg?v=MjAyMC0wOC0yNiAxODozMjowNg==

Şərəf Cəlilli,

Redaktor,
filologiya üzrə fəlsəfə doktoru

Bü gün Nəsir İmanquliyev üçün özəl və gözəl gündür! Şah əsərinin İncisi – ikincisi, “on oğlana dəyişmədiyi, qolu, qanadı olan”, Odlar Yurdu Azərbaycanı qanadlarına alıb göylərə qaldıran nəvələrindən biri – Mehribanı dünyaya gəlib. Dünyamız sevinib!

“Yeni Yol” qəzeti bağlandıqdan sonra “Əhalisi əksəriyyət təşkil edən xalqın ana dilində çıxan qəzetinin günahı nədir ki, bağlansın” sualını Bakıda Bağırova, Moskvada Stalinə ünvanlayan, 19 il sonra “Bakı” adında nəşrinə nail olan, 30 il sərasər başında duran Nəsir İmanquliyevin gedişi ilə düz 30 ildir susan, susdurulan, etinasızlığa, biganəliyə düçar olan “Bakı”nın bu gün tilsimi sındı, sükutu pozuldu!

“Bədbaxtlar, mən Əbədiyyət üfüqlərində doğan Günəşəm. Günəş qürub edəndə rəngi saralar” nidası ilə Hələbdə dərisi soyulanda haqsızlığın sükutunu pozmuşdu Nəsimi! Qobustanın qayaüstü abidələrinin, Səbayel qəsrinin, Qız qalasının, alagözlü Xəzərin yaxasında bitən Bakı Odlar Yurdu Azərbaycanın, “Bakı” və “Baku” da Nəsir İmanquliyevin Qələm və Kəlam adına Əbədiyyət Günəşidi! Kimsə onu iradəsinə tabe etdirib, qara bulud olub qabağını kəsə bilməz!

Memarından, baş yazarından sonra sükutu 30 il sürsə də, sükutunu pozan, dəyərlərin əyarı olan ziyalılar tapıldı. Bakı Şəhər İcra Hakimiyyətinin xeyir- duası, qayğısı, Mətbuat Şurasının təşkilati dəstəyi ilə bundan sonra “Bakı” və “Baku” məğrur, müdrik, əyilməz və ötkəm redaktor Nəsir İmanquliyevin yadigarları, qoşa qanadları kimi yenidən pərvaza gələcək. Yazılı və onlayn medianın sırasında haqq etdiyi məqamda duracaq. “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır” nidası ilə Qurucusunun Qayıdış dastanını yazacaq, Ustadının yolunu gedəcək! Ömür bitər, yol bitməz...

Bu gün o gündür, Sükutun pozulduğu gün!




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Şərəf Cəlilli