USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyevdən xalq şairi Fikrət Qocaya yüksək diqqət - "İstiqlal" ordeni, təbrik müraciəti və telefon zəngi


https://img.baki-baku.az/news/2020/08/photo_270.jpg

Prezident İlham Əliyev xalq şairi Fikrət Qocanı Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edib.

Dövlət başçısı xalq şairinin 85 yaşının tamam olması münasibətilə ona müraciət ünvanlayıb. Müraciətdə bildirilib: "Hörmətli Fikrət Qoca!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və müvəffəqiyyətlər arzulayıram.

Siz Azərbaycan ədəbiyyatının parlaq ənənələrindən və dünya poeziyasının nailiyyətlərindən məharətlə bəhrələnərək özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın söz sənəti xəzinəsinə layiqli töhfələr bəxş etmisiniz. Qüvvətli yenilik hissinin hakim olduğu, lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin poeziyanız ənənə ilə novatorluğun vəhdətinin təcəssümüdür. Dilimizə sevgi və ehtiramla yaratdığınız poetik nümunələrə bəstələnmiş çox sayda mahnılar bu gün də dillər əzbəridir.

Dünyada baş verən hadisələrə həssas şair yanaşmasının ifadəsinə çevrilən yaradıcılığınız daim dərin ictimai məzmun daşımışdır. Azadlıq və istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamağınız, ədəbiyyatımızın yeni nailiyyətlərlə zənginləşməsinə və müasir ədəbi proseslərin azərbaycançılıq məfkurəsi işığında inkişafına yönəlmiş çoxillik səmərəli fəaliyyətiniz təqdirə layiqdir.

Ümidvaram ki, Siz hələ neçə illər bundan sonra da yeni əsərlərinizlə xalqımıza xidmət göstərəcəksiniz"

***

Bu gün həmçinin Prezidentlə yublyar şair arasında telefon danışığı da olub.

Dövlətimizin başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb. Dövlətimizin başçısı Fikrət Qocanın “İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və bu münasibətlə də təbriklərini çatdırıb.

Xöş sözlərə və təbriklərə görə dərin minnətdarlığını bildirən Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olunmasını dövlət tərəfindən onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib. Ulu Öndərin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan Fikrət Qoca Ümummilli Liderlə görüşlərini məmnunluq hissi ilə xatırlayıb. Fikrət Qoca bu ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və bir daha göstərilən diqqətə görə minnətdarlığını bildirib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Mədəniyyət