USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Qarabağ hekayələri” kitabının Bişkekdə təqdimatı keçirlib


https://img.baki-baku.az/news/2021/01/photo_2558.jpg

Azərbaycan yazarlarının kiçikhəcmli nəsr əsərlərindən ibarət “Qarabağ hekayələri” toplusu qırğız dilində nəşr olunub. Kitabın tərtibçiləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) xalqlararası koordinatoru, şair-tərcüməçi Altınbek İsmayıldır.

Topluda 13 Azərbaycan yazarının Qarabağ münaqişısi mövzusunda qırğızcaya uyğunlaşdırılmış 14 hekayəsi yer alıb. Kitabın redaktoru və “Ön söz”ün müəllifi Qırğız Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov, “Təqdim” yazısının müəllifi Qənirə Paşayevadır.

2 cildlik nəşrin redaksiya heyətinə Azərbaycanın Qırğız Respubliaksındakı səfiri Hidayət Orucov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, kitabın redaktoru, şair-tərcüməçi Nurlan Kalıbekov, şair-tərcüməçilər Kubançıbek Arkabaev, Bekbolat Sarıbay daxildir. Kitabı qırğızcaya yeni nəsil şair-tərcüməmiləri Bekbolat Sarıbay, Jıldızbek Tursunbay, Joldubek Kaçkınbaev, Kanıbek Umurzakov və Altınbek İsmayıl uyğunlaşdırıblar. Kitabın rəssamı Samat Asılkerimovdur. Toplu “Uluu Toolor” NPM-də nəşrə hazırlanıb.

Bugünlərdə keçirilən onlayn təqdimatda hər iki ölkədən 20-ə yaxın ziyalı iştirak edib. Mərasimdə çıxış edən tərcüməçilər və redaktor kitabın çapa hazırlanması prosesində hekayələri həyəcansız oxuya bilmədiklərini və hətta oxuduqca ağladıqlarını dilə gətiriblər. Onlar vurğulayıblar ki, bu hekayələrin qırğız dilində nəşr olunması Azərbaycan haqqında, son 30 ildə Qarabağda baş verən faciəli hadisələrlə bağlı bölgədə baş verənlərin Qırğızstanda daha aydın başa düşülməsinə yardım edəcək. Virtual təqdimatda tanınmış türk yazıçısı, “Qarabağ hekayələri” kitabının Türkiyədə, başqa türk ölkə və toplumlarında nəşrində böyük zəhməti olan İmdat Avşar da çıxış edib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Bakıdan mərasimə qoşularaq Qarabağ mövzusunu Qırğızstan oxucularına yaxından tanıdacaq bu kitabın nəşr olunmasına rəhbərlik etdiyinə görə Qırğızstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekova xalqımız adından minnətdarlığını bildirib. Deputat soydaşımız son aylarda Azərbaycan Ordusunun Qarabağda apardığı hərbi əməliyyatlar zamanı qırğız gənclərinin sosial şəbəkələrdəki fəal həmrəyliyini yüksək qiymətləndirib və Azərbaycanın haqq işində göstərdiyi mənəvi dəstəyi yüksək qiymətləndirib.

Cavanşir Feyziyev daha sonra bildirib ki, Qırğızstanda baş verən siyasi hadisələr ölkəmizdə də diqqətlə izlənir və biz qardaş qırğız xalqına sülh və əmin-amanlıq arzulayırıq. Deputat 2019-cu ildə Qırğız yazarlarının Bakıya səfərini xatırladaraq, pandemiya məhdudiyyətlərindən sonra onları işğaldan azad olunmuş Qarabağa səfərə dəvət edib.

Təqdimat mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, kitabın redaksiya heyətinin üzvləri və nəşrin işıq üzü görməsində əməyi olan ziyalılar çıxış ediblər, ürək sözlərini bölüşüblər. Onlar mədəni-humanitar əlaqələrin dərinləşdirilməsinin qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə yaxınlaşmalar üçün möhkəm zəmin yaratdığını vurğulayıblar.

Tahir AYDINOĞLU




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Mədəniyyət