USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib


https://img.baki-baku.az/news/2020/12/photo_2273.jpg

Bakı Ali Neft Məktəbində (BANM) Ramiz Rövşənin anadan olmasının 74 illiyi münasibətilə poeziya gecəsi keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, onlayn platforma üzərindən təşkil olunan poeziya gecəsində ali təhsil ocağının professor-müəllim heyəti, tələbələri, məzunları və onların valideynləri iştirak ediblər. Tədbirin gedişatında dekabrın 15-də 74 yaşı tamam olan şairi öz evində ali məktəbin rəhbərliyi və kollektivi adından BANM-in tələbəsi gül çələngi ilə təbrik edib.

Sonra Ramiz Rövşənin həyatına dair videoçarx nümayiş olunub.

BANM-in rektoru Elmar Qasımov çoxminli oxucu sevgisi qazanan Ramiz Rövşənin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Xalq şairi fəxri adına da layiq görüldüyünü xatırladıb.

Ali məktəbin tələbələri şairi öz şeirləri ilə salamlayıb.

İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Xəyal Fərzəliyev “İlan balası”, “Azad qadın heykəlinə”, Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Nigar Məmmədova “Ay işığı”, Nilufər Əsgərzadə “Bir səhər yuxudan durub”, Fidan Aslanova “Dünya”, Pəri Həbibova “Qara paltarlı qadın”, Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Nigar Bayramova “Bir qəfil zəng”, Kimya mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Fatimə Məmmədova “Gedək biz olmayan yerə”, Neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Məhəmməd Mikayılov “Çarmıxa çəkilmiş İsa”, Kimya mühəndisliyi ixtisasının 1-cü kurs tələbəsi Türkan Zeynalzadə isə “Ayrılıq“ şeirlərini ifa ediblər.

Gənc mühəndislərin yüksək qiraətçilik və poeziya duyumundan təsirlənən şair tələbələri Azərbaycanın gələcək intibahı adlandırıb: “Şeirlər ustalıqla və ürəkdən ifa edildi. Onların yüksək qiraətçilik bacarığı, dili dərindən duymaqları məni həm heyrətləndirdi, həm də olduqca sevindirdi. BANM yalnız yüksəkixtisaslı mühəndislər yetişdirmir, həm də şairlər məktəbi imiş”. Gənc mühəndislər arasında çoxsaylı oxucusu olduğundan məmnunluğunu ifadə edən Xalq şairi tezliklə “Bu dünyanın hər sifəti” adlı yeni şeirlər kitabının çapdan çıxacağının da müjdəsini verib.

Tələbələrin suallarını cavablandıran Ramiz Rövşən şeirlərini səsləndirən tələbələr arasından ən çox ifasını bəyəndiyi Nigar Bayramovaya imzalı kitabını hədiyyə edib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Mədəniyyət