USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xalqın arxasınca gedən, Xalqı arxasınca aparan Lider


https://img.baki-baku.az/news/2020/12/photo_2246.jpg?v=MjAyMC0xMi0yNCAxMjoxNDoyMg==

Çin atalar sözüdür, əgər insanları öz arxanca aparmaq istəyirsənsə, onların arxasınca get. Yadıma Azərbaycan Prezidenti cənab İlham Əliyevin 50 illik yubileyini Taxtakörpüdə Laçın rayonundan olan məcburi köçkünlərlə birlikdə keçirməsi düşür. O, ev-eşiyindən qaçqın düşmüş vətəndaşlarımızın yaşayış şəraiti, problemləri ilə maraqlanmışdı., mühüm tapşırıqlar vermişdi.

Artıq Prezidentimiz 59 yaşındadır və ötən 9 il, ümumən isə 17 il onu xalqın fikir və düşüncələrinin ifadəçisi kimi təsdiqlədiyinə dair yüzlərlə, minlərlə misalla zəngindir. Bu misallar isə həm də xalqın arxasınca getməyin örnək nümunəsidir.

Xalq hər zaman Prezidentini dəstəkləyib, ona yüksək inam və etimad göstərib. Bu mənada dövlət başçısının qeyd etdiyi hər ad günündə özü üçün hesabat verdiyi bir çox qürur dolu məqamlar var.

Ancaq 59-un öz yeri var. Cənab İlham Əliyev bu yaşını azərbaycanlıların onun arxasınca gedib böyük qələbə qazandığı il kimi qeyd edir. Ad gününə ZƏFƏRDƏN böyük mükafat heç mümkün də deyil. Qalib ölkəni lideri. Bundan nəhəng status sadəcə yoxdur.

Qalib ölkənin Prezidenti, qalib Ordunun müzəffər Ali Baş Komandanı, Sizi təbrik edirəm!

Uca Tanrı Vətənimiz Azərbaycan üçün çalışan, çarpışan əzminizi var eləsin!

Daim Allahın nəzərində olun!

Doğum gününüz mübarək olsun!

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Əflatun Amaşov