USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Əhsən sənə, Əhsən!..” - yazıçı-jurnalist Rafiq Hacıyev ilin “HUMAY” mükafatçısıdır


https://img.baki-baku.az/news/2020/12/photo_2130.jpg?v=MjAyMC0xMi0xNiAxMDowMTo0OQ==

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” Milli Mükafatının 2020-il laureatlarının sırasında tanınmış tədqiqatçı jurnalist Rafiq Hacıyevin də adı var. Həmkarımız bu nüfuzlu mükafata milli instrumental musiqi ifaçılığının görkəmli nümayəndəsi, unudulmaz tarzən Əhsən Dadaşovun həyat və yaradıcılığına həsr etdiyi “Əhsən sənə, Əhsən!..” portret-roman kitabına görə layiq görülüb.

Yazıçı-jurnalistin gərgin və ilhamlı əməyinin məhsulu olan “Əhsən sənə, Əhsən!..” kitabı ötən il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evinin mətbəəsində nəfis tərtibatla, rəngli, yüksək poliqrafiq səviyyədə nəşr edilib.

Xatırladaq ki, Humay” milli mükafatına namizədləri ölkənin yaradıcılıq ittifaqları və “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti irəli sürür. Qalibləri “Humay” Milli Mükafatı Akademiyasının üzvləri müəyyən edirlər. Humay” heykəlciyinə bu dəfə mədəniyyət, musiqi, muğam, xoreaqrafiya, jurnalistika, kitab nəşrləri sahəsində uğurlu yaradıcılıq fəaliyyəti göstərmiş tanınmış insanlar layiq görülüblər.

İstedadlı həmkarımız Rafiq Hacıyevi Azərbaycan mədəniyyətinin bu nüfuzlu mükafatına layiq görülməsi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. 

Tahir Aydınoğlu




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Mədəniyyət