USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əflatun Amaşov: Ümummilli Lideri Qarabağ həsrətinin bitdiyi, torpaqlarımızın işğaldan azad edildiyi bu günlərdə yad etmək bir başqa ovqat yaradır


https://img.baki-baku.az/news/2020/12/photo_2092.jpg

"Ulu öndər Heydər Əliyevi anım günüdür. Onu dərin hörmət və ehtiramla yad edir, ruhuna dualar oxuyuruq.

Dünya siyasətinin nəhəng simalarından sayılan tarixi şəxsiyyətin azərbaycanlı olması hər birimizdə qürur və fəxarət doğurur. Hesab edirəm ki, Heydər Əliyev şəxsiyyətini ölümsüzləşdirən, hər bir soydaşımızın qəlbində yaşadan onu anarkən içimizdən keçən inanılmaz fərəh hissidir". Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün facebook səhifəsində paylaşıb.

Ə.Amaşov bildirib ki, Ümummilli Lideri Qarabağ həsrətinin bitdiyi, torpaqlarımızın işğaldan azad edildiyi bu günlərdə yad etmək bir başqa ovqat yaradır. "Çünki biz onun haqq davamız uğurunda necə böyük səylə çalışdığını görmüşdük. Görmüşdük ki, iştirak etdiyi bütün beynəlxalq toplantılarda Azərbaycan həqiqətlərini özünün məxsusi anlatma tərzi ilə diqqətə çatdırmaqdan yorulmur, hər çıxışında xalqımızın üzləşdiyi işğal faktını usanmadan izah edir.

Qarabağ Heydər Əliyevin xarici siyasətinin böyük hədəfi olmaqla yanaşı, daxili siyasətinin də başlıca istiqaməti idi. Onun Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə yüksək diqqət və qayğısı bunu deməyə əsas verir. Ümumən həyatımızın Qarabağla bağlı, Qarabağı hər hansı şəkildə bizə xatırladan, anladan elə bir sahəsi yox idi ki, Heydər Əliyev həmin sahəni nəzərlərindən kənarda saxlasın. Əsla mümkün deyildi. Yaxşı yadımdadır ki, I Qarabağ müharibəsini işıqlandıran jurnalistlərlə də görüş keçirmiş, həmkarlarımızın əməyini yüksək qiymətləndirmişdi.

Bu gün Ulu Öndərin başlatdığı Qarabağ davası Azərbaycanın xeyrinə nəticələnib. Xalqimiz layiq olduğu qələbəni qazanıb. Birmənalı şəkildə vurğulamaq olar ki, torpaqlarımızın düşmən tapdağından qurtulması Heydər Əliyev yolunun təntənəsidir. O yolun ki, onu Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirdi, daha da genişləndirdi və “Qarabağ Azərbaycandır!” deyərək son hədəfinə çatdırmağı bacardı.

Bəli, bu gün – vəfatının 17-ci ildönümündə qətiyyətlə onu da deyə bilərik ki, böyük azərbaycanlımızın - Heydər Əliyevin ruhu şaddır.

Allah Heydər Əliyevə rəhmət eləsin! Bu böyük xalq fədaisinin min-bir əziyyətlə qurub qurub-yaratdığı, Qarabağı bizə yenidən bəxş edən Azərbaycan Ordusuna, Ordumuzun müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!

Allah Heydər Əliyevə rəhmət eləsin! Bu böyük şəxsiyyəti yetirən xalqımız var olsun!

Allah Heydər Əliyevə rəhmət eləsin! Bu böyük azərbaycanlının bəlalardan hifz edib yaşatdığı milli sərvətimiz - Azərbaycan dövlətçiliyi əbədi olsun!", - deyə Ə.Amaşov vurğulayıb. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Mədəniyyət