USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zəfər Bayramın, Vətən Bayramın mübarək Azərbaycan!


https://img.baki-baku.az/news/2020/12/photo_2077.jpg

Şərəf Cəlilli

_______________________________________________________________________

Elə bilirəm dünəndi. Topxana düzündə qırılan bircə armud ağacından, daha doğrusu, Yaddaş Ağacından ötrü Xəzərin sahilinə, Lenin meydanına axışmışdıq. Bakı Dövlət Universitetindən başlayan köçün xeyir – duası Uzeyir bəyin ev - muzeyində verilmişdi. Milli Azadlıq Hərəkatının öndərləri Əbədi İstiqlalın yol xəritəsini müəyyənləşdirmişdi. Üçrəngli bayrağa bükülən ilk şəhidimiz də Universitetə, Milli Elmlər Akademiyasına bağlı idi.: unudulmaz Xudu Məmmədov!

Aylarla çəkən Meydan Hərəkatı, dəniz kimi çalxalanan xalq Əbədi İstiqlala nail oldu. 20 Yanvar gecəsi əyninə şəhid köynəyindən kəfən biçilsə, üstünə Sovet qoşunları yerisə də, Çəmbərəkənd qəbirstanlığını “Dostlüq” parkına çevirənlərə dağ çəkdi. 20 Yanvar şəhidlərini Azadlıq Meydanından çiyinlərinə alıb Çəmbərəkəndə - Şəhidlər Xiyabanına gətirdi. Sonra Çəmbərəkənddə Türk Camisini, Türk Şəhidlərinin “Xatirə Abidəsi”ni, “Əbədi Məşəl” abidə kompleksini yapdı!

32 il bundan öncə yazılan bu əbədi Birlik, Bütövlük dastanı tarixi genetik kodlarımıza – Oğuz xaqan ucalığına, Qaba Ağac sevdasına, od, atəş, torpaq müqəddəsliyinə. Türkü Ərkənəqondan çıxaran Boz Qurd işığına bağlı idi.

30 ilin intizarına 44 günə son qoyan Qüdrətli Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusu Şəhidləlrin al qanı, Qazilərin cəsarəti ilə tarix yaratdı. Birliyin, Bütövlüyün, Qeyrətin, Ləyaqətin tarixini! Başının üstündə Tanrı, arxasında Osmanlı oldu! Çox çəkməz üç ilin intizarına üçcə günə son qoyular. Yoxdan var edən Tanrı yol verər.

Bu gün Zəfər bayarmıdı! Bu gün Kəhər bayramıdı! “Atları yəhərləyin! Üstümüzə topu, topxanası, cəbbəxanası” ilə gələnlər yenə unudub: “Bizim qeyrətimiz, namusumuz” , Allahımız var!

Şuşa bir əzəmətli qala, Murov bərəsi, bəndi keçilməz dağdı. Biz onun üstündəyik. Bizdən yuxarıda Allah, aşağıda isə Allahlıq edənlər - ermənilər və ermənipərəstlərdi. Şeyx Şamil demiş: “Gəlirlər qoy gəlsinlər”. Şəkili Çələbi xan demiş: “Gələrlər, görərlər”. Biz də sakit – sakit deyirik: “Gəliblər, qoy gəlsinlər, həm də görsünlər!” Bu “Gələrsən – görərsən” hikmətinə bağlı dünyadı. İgid ölər adı qalar, namərdin nəyi qalar? Vətənin o başı, bu başı olmaz.

Xudafərin körpüsündə hilallı – ulduzlu Bayraq var. Ondan o yana Səhənd, Savalan, Ərk, Əlincə var. Vətən sevgisi ölüncə var.

Əzizim qəlbiləndi,
Ay doğdu, qəlbiləndi.
Nəyə desən and içim,
Bu qəlb o qəlbiləndi. 

Bizi Vətən müharibələrinə çox çəkiblər. Sinəmizə Təbriz, Dərbənd, Borçalı, İrəvan, Zəngəzur dağı çəkiblər. Qarabağdan çəkindilər. Qara bağdı axı. Qara düzü, qara gecəsi, gündüzü var. Günün, gündüzün, gül üzün mübarək Azərbaycan! Zəfər çalıbsan! Heç bir Vətən müharibəsində olmadığı kimi! Əsir gedən gözələrin diyarından üstünə top – tüfənglə gələnlərin leşkərini götürüb gəlibsən! Qoy dünya görsün! “Qalx, qalx. Ömrü boyu aşağladığın millətin qüdrətini gör!”, deyib yağının gorunu çatladan Əmir Teymuru, “Dünya beşdən böyükdür!” gerçəyindən boylanan cənab Rəcəb Tayyib Ərdoğanı, “Bizim işimiz haqq işidir!”, “Biz zəfər çalacağıq!”, “Qarabağ Azərbaycandır!” nidasıyla tarix yaradan Ali Baş Komandan cənab İlham Əliyevi yetirən xalqı bir də tanısın! “Biz türklərik! Bir ölər, min dirilərik!” Ölərik, amma bir qarış torpaqdan keçmərik!

Bura Odlar Yurdu Azərbaycandır! Bayandur xanı, Salur Qazanı, Basatı, Beyrəyi, Babəki, Rəsulzadəsi, Səttərxanı, Xiyabanisi, Heydər Əliyevi, mümkün olmayanı mümkünə çevirən, “Qoy bütün dünya eşitsin, biz bir qarış torpağımızı da heç kəsə verməyəcəyik!” hikməti ilə yeri yerindən oynadan Müzəffər Ali Baş Komandanı var! Var olsun, Osmanlı adında vuqarımız, Qarabağda günəş kimi doğan Ərdoğanımız!

 Bir də səmamızı qara bulud almasın! “Axan sularımız qurumasın, Qaba ağacımız doğranmasın!” Ata – analar yas saxlamasın, gəlinlər qara bağlamasın, körpələr ağlamasın!

Zəfər Bayramın, Vətən Bayramın mübarək Azərbaycan!  




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli