USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Daha Xirosimaya bənzədilməyəcək


https://img.baki-baku.az/news/2020/11/photo_1809.jpg?v=MjAyMC0xMS0yMCAxMTo0NjoyNQ==

1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasıyla orada yaşayan bütün canlılar məhv oldu. 1993-cü ildə arxalandığımız, güvən yerimiz  doğma Ağdam şəhəri erməni terrorunun qurbanına çevrildi. 2008-ci ildə "Lonely Planet"  jurnalı, Şotlandiyanın nüfuzlu “The Press and Journal” nəşri Ağdamı nə yazıqlar ki, həmin Xirosimaya bənzətmişdi. 2010-cu ildə "Əl-Cəzirə"nin internet nəşri Ağdamı "ruhlar şəhəri" adlandırmışdı. Səbəb məlumdur... 

Ermənistan bir çox şəhərlərimiz kimi Ağdamı da viran qoymuşdu. Erməni vandallarının Qarabağın  güvəndiyi, qürurlu, məğlubolunmaz Ağdamına (təkcə əhaliyə deyil, mədəni abidələrə, tikililərə, məbədlərdə, məzarlıqlara, cansız daşlara, divarlara belə)  tutduğu divanın nəticəsində, xarici jurnalistlərin qeyd etdiyi kimi, həqiqətən "Ağdam kabuslar şəhərinə döndü". 30 ilə qədər davam edən işğal bir kabus kimi öz ağrı-acısını, itkisini yaşatdı...

Bu gün kabusa son qoyuldu! Dəyişdi hər şey! "Kabuslar şəhəri" Ali Baş Komandanın diplomatiya cəbhəsində və rəşadətli Ordumuzun döyüş meydanındakı hünəri və qüdrəti ilə düşmən tapdağından azad edildi. Ağdam geri qayıtdı, ya da biz Ağdama qayıdırıq! 

Hər şey geri, özünə, özümüzə dönür... Hər şey bərpa olunacaq, hər şey: çox dəyərli tarixi-etnoqrafik abidə olan İmarət, Muğam-Poeziya Teatrı, Qarabağda yeganə açıq məbəd olan Ağdam məscidi, dünyada ikinci olan Ağdam çörək muzeyi, məşhur Muğam mərkəzi, məşhur Kəhrizlərimiz, məşhur Ağdam bazarı, məşhur Çay Evi, qızıl balıq təsərrüfatları... “Qarabağ bülbülləri”nin səsi yenə göylərə ucalacaq!  "Natəvan qızlar bayramı" yenə dünyaya səs salacaq!

... Qarabağ uğrunda, Ağdamın işğaldan azad olunması üçün canını fəda edən şəhidlərimizin ruhu sevinir.   Məşhur Qarabağ xanlarının, Süleyman Sani Axundovun, Bayram Bayramovun, Famil Mehdinin, Əlfi Qasımovun,  Şahmar Əkbərzadənin, Mustafa Çəmənlinin, Xudu Məmmədovun, Qurban Pirimovun, Ceyhun Mirzəyevin, Sara Qədimovanın, Səxavət Məmmədovun, Seyid Lazım Ağanın, Seyid Fuğara Ağanın, Allahverdi Bağırovun və onlarla Milli Qəhrəmanımızın, 6 minə yaxın şəhidimizin, bir sözlə dünyasını dəyişən bütün Ağdamlıların ruhu şaddır.

Ağdam neçə-neçə dəyərli ziyalıların, yazıçı və şairlərin, şöhrətli alimlərin, böyük Azərbaycan İNSANININ ocağıdır, mədəniyyət, sənət beşiyidir. Hələ bu beşikdə nə qədər mütəfəkkir, alim, şair, yazıçı, sənət fədaisi doğulacaq, boy atacaq, qəhrəman övlad kimi Azərbaycana işıq saçacaq!

... Daha Ağdama "tini, küçəsi olmayan şəhər" deyilməyəcək. Daha Ruhlar şəhəri olmayacaq! Xirosima ilə də müqayisə edilməyəcək! Ağdam elə yenə də doğma, isti, qonaqlı-qaralı, qürurlu, varlı-hallı, güvənəcəyimiz AĞDAM olacaq. Həm ötkəm, həm səxavətli, həm qonaqpərvər, həm də mərd Ağdam...

Mətanət Ağamirli
Əməkdar jurnalist




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Mətanət Ağamirli