USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xudafərin körpüsü haqqında məlumat hazırlanıb


https://img.baki-baku.az/news/2020/11/photo_1774.jpg

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan memarlığının ən möhtəşəm abidələrindən sayılan “Xudafərin körpüsü” haqqında məlumat hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, məlumatda körpünün tarixindən geniş bəhs olunur.

Bildirilir, təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi. Bu körpülər Azərbaycanın Cəbrayıl rayonunun ərazisindədir. Vaxtı ilə İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlıdır.

Ecazkar memarlıq nümunələri olan hər iki körpü orta əsr Azərbaycan inşaatçılarının yüksək sənətkarlığından xəbər verir. On beş aşırımlı körpüdə milli Azərbaycan memarlığında geniş yayılmış qarışıq hörgü – kərpic və daş hörgü üsulundan məharətlə istifadə olunub. Dayaqları təbii özüllər - qayalar üzərində ucaldıldığından Xudafərin körpüləri tarixin tufanlarına uzun müddət tab gətirə bilib.

Qeyd edilib ki, bişmiş kərpicdən və çay daşından tikilən on beş aşırımlı körpünün uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir və XII əsrin abidəsi sayılır. Bundan təxminən 750 metr aralıda tikilmiş ikinci Xudafərin körpüsü isə on bir aşırımlıdır. Bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmiş bu körpünün XIII əsrdə, Elxanilər dövründə inşa olunduğu güman edilir. Vaxtı ilə uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metr olan on bir aşırımlı körpüdən dövrümüzə salamat yalnız üç aşırımı gəlib çatıb.

Tarixi mövzularda bir sıra əsərlərin müəllifi olan yazıçı Fərman Kərimzadənin “Xudafərin körpüsü” adlı romanı var.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Mədəniyyət