USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hüseyn Cavidin aforizmləri - yeni nəşr çap olunub


https://img.baki-baku.az/news/2020/11/photo_1773.jpg

Hüseyn Cavidin ev-muzeyinin yenidən nəşrə hazırladığı “Cavid hikməti: seçmə aforizmlər” kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, kitabda filosof şairin müxtəlif əsərlərindən seçmələr Azərbaycan və ingilis dillərində oxuculara təqdim olunub. Hüseyn Cavidin külliyyatı əsasında hazırlanan topluda dahi sənətkarın insanlıq, haqq, ədalət, Vətən, qadın, məhəbbət və digər mühüm mətləblər haqqında müdrik sözləri, görkəmli şəxslərin Hüseyn Cavid haqqında dəyərli fikirləri yer alıb. Nəşrə çətin anlaşılan sözlərin qısa lüğəti də əlavə olunub.

Kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı, elmi məsləhətçisi akademik İsa Həbibbəyli, redaktoru isə akademik Teymur Kərimlidir.

Qeyd edək ki, “Cavid hikməti: seçmə aforizmlər” kitabında toplanan aforizmləri, “Ön söz” və lüğəti ingilis dilinə tərcümə edən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və muzeyin beynəlxalq əlaqələr üzrə məsul şəxsi Fəridə Əliyevadır.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Mədəniyyət