USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çingiz Abdullayev Rusiyanın "Dostluq" ordeni ilə təltif edilib


https://img.baki-baku.az/news/2020/11/photo_1670.jpg?v=MjAyMC0xMS0wNiAxNDowMDoxNQ==

Azərbaycanın xalq yazıçısı, məhşur detektiv romanlar müəllifi Çingiz Abdullayev Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif edilib. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı yazıçı özünün Facebook səhifəsində bölüşüb. 

Ç.Abdullayev bildirib ki, noyabrın 10-da Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab M.Boçarnikov ölkə prezidenti Vladimir Putinin göstərişi ilə ona bu medalı təqdim edəcək.

Tanınmış yazıçımız həmçinin vurğulayıb ki, Rusiyanın "Dostluq" ordeni xalqlar arasında sülhün və dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın, millətlərarası mədəni yaxınlığın inkişafında xidmətləri olan xarici ölkə vətəndaşlarına təqdim edilir.

Məhşur romanlar müəllifi belə bir təltifdən qürur hissi keçirdiyini də ifadə edib. 




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Mədəniyyət