USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Unudulmazlar…


https://img.baki-baku.az/news/2020/11/photo_1654.jpg?v=MjAyMC0xMS0wNCAyMTo0MjoxNw==

Bayrağı çiyninə alıb getmişdi,
Bayrağı əynində gəlir, Elvinim!

Azərbaycan əsgəri, Azərbaycanın müzəffər Ordusu, qüdrətli Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin iradəsi ilə tarix yazır. Şəhidlərin al qanı ilə yazılan bu tarixə Ulu Tanrının seçdiyi Qəhrəmanların adları həkk olunur. Tarixin qanlı savaşlarının Qəhrəmanları olub. Metenin, Atillanın, Əmir Teymurun, Osman Qazinin, Fateh Mehmetin, Mustafa Kamal Paşa Atatürkün Qəhrəmanları unudulmayıb.

Anafartalar qəhrəmanı Mustafa Kamal Paşa Çanaqqala Zəfəri, on minlərlə Osmanlı şəhidinin al qanı ilə Türkiyə Cümhuriyyətinin törəyiş dastanını yazdı. Osmanlıya qılınc sıyıran Avropaya Fateh Mehmetin tarix dərsini verdi. 300 mindən çox şəhidi ilə Bakıdan Berlinə qədər qələbə rəmzinə çevrilən Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə kimi igidlərimiz ruhumuzun Babək Xürrəmi, Məhəmməd Əmin Rəsulzadə ucalığı oldu!

Bu gün türk dünyası “Bir millət, iki dövlət!”, “Bir bədəndə iki can, Türkiyə Azərbaycan!” “Bizim işimiz haqq işidir”, “Qarabağ Azərbaycandır!” “Azərbaycanın Müzəffər Ordusu, igid əsgəri tarix yaradır!” “Bir qarış torpağımızı da, düşmənə verməyəcəyik!” “Qarabağ qeyrət, namus məsələsidir!” nidası ilə ölümsüzlüyə Birliyə, Bütövlüyə imza atır.

Əsgərinin qeyrətinə, xalqının iradəsinə güvənib tarix yaradan Ali Baş Komandan cənab İlham Əliyevin bir çağırışı ilə yüz min əsgər bir anın içərisində səngərlərə sipər, yağı düşmənə, erməni daşnaklarına çəpər oldu. Sinəsini güllə oyan, qanı Vətən torpağında çiçək açan Birinci Qarabağ Savaşının Qazisi olan atası Elçin İslamovun mücahid ömrünü Şəhid Ucalığında, ülviyyətində tamamlayan Elvin İslamov “Qarabağ Azərbaycandır!” “Bayrağımız Qarabağda dalğalanacaqdır! Ya biz bu yolda Qazi, ya da Şəhid olacağıq” nidası ilə səngərə yollananda ancaq doğmaları bildi. Şəhidliyə qovuşanda, Peyğəmbər Məqamına ucalanda, Üç rəngli, hilallı ulduzlu bayrağımız köynəyi, kəfəni, gərdəyi, örnəyi olanda, Milli Qəhrə­manlarımız Mübariz İbrahimovun, Lələtəpə qəhrəmanı general Polad Həşimovun uyuduğu Şəhidlər Xiyabana yollananda Bakının ən sadə məhlələrindən birinə bir dünya işıq gəldi – Əbədiyyət İşığı!

Məhləmizin, küçəmizin ən ağıllı, az danışıb, gözə az görünən Balası. Odlar Yurdu Azərbaycan oldu! Bayraq oldu! Göy Tanrının yaxasına sancıldı. TURAN və QURAN ucalığı, qeyrəti, qüdrəti, məhəbbəti, İlahi eşqi, Vətən sevgisi onu, o da bizi çiyninə qaldırdı.

Qırlı damları, sadə adamları ilə Vətən, Azərbaycan olan məhləmizdə səmaya hilallı, ulduzlu, üç bayraq sərilib: Azərbaycanın, Türkiyənin, Pakistanın Bayrağı! Küçəmizin başında isə divara adı dillərə dastan İgidimizin, Şəhidimizin – Elvinimizin rəsmi vurulub. Vətən qarşısında vicdan və vəfa borcundan şərəflə çıxan Qəhrəmanımız “Bizim işimiz haqq işidir!” “Bayrağımız Şuşa qalasında, Laçın dəhlizində dalğalanacaqdır!” Vətən qalan, qalan hər şey yalandır, deyir!

Küçəmizdən, məhləmizdən keçənlər isə bəy kəcavəsinin yerinə Şəhid cənazəsinə qırmızı tikilən, Füzulidə Mövlana Məhəmməd Füzulinin “Mən bəlanı istərəm, çün istər bəla məni”, Cəbrayılda

Əzizim Maralyana,
Yol gedir Maralyana.
Necəsən bir ah çəkəm,
Dağlarda maral yana.

- sevdası ilə əcəl şərbəti içən İgidinin qanının yerdə qalmaması üçün əcəldən macal istəyir, “Bayrağı çiyninə alıb getmişdi, Bayrağı əynində gəlir Elvinim” deyir! Yerini ürəyinin başında bilir! Sevgisini sözə, sənətə çevirir!

Bayrağı çiyninə alıb getmişdi,
Vətənin çiynində gəlir, Elvinim.
Sevgisi qəlbində, eşqi qəlbində
Bayrağı əynində gəlir, Elvinim.

Köynəyi, kəfəni ala bürünüb,
Ulduza, hilala bürünüb,
Sevgisi Vətən oğlum
Yaşıla, ala bürünüb.

Bayraq oğlum qoxuyur,
Oğlum Bayraq qoxuyur.
Şəhidlik zirvəsində
Oğlum Bayraq toxuyur.

Cənnətdən müjdəsi var,
Peyğəmbər köşəsi var.
Mələklərə qoşulub,
Tanrıdan kölgəsi var.
Müqəddəs haləsi var.

Kəbəsi, Vətən oğlum,
Qibləsi, Vətən oğlum,
Al qanından cücərib,
Göyərib bitən oğlum.

Səngərim, sipərim, Oğlum!
Gücüm, təpərim, Oğlum!
Qeyrətim, qüdrətim, heyrətim,
Düşmən çəpərim, Oğlum!

Dodağımın duzuydun,
Mələməmiş quzuydun.
Getdin, dünyam dağıldı,
Sanki şirin yuxuydun.

Qapı açıla birdən,
Sən girəsən içəri.
Siləsən qəlbimdən,
Qəmi kədəri.
Layla balam, a layla,
Bircə balam, a layla.

Şərəf Cəlilli




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Şərəf Cəlilli