USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Həmrəylik təcəssümü - TƏSVİR


https://img.baki-baku.az/news/2020/11/photo_1653.jpg

Ənvər MƏŞƏDİYEV,

 “Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

______________________________________________________

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva quduzlaşmış separatçı erməni hərbi birləşmələrinin atəşkəs rejimini kobudcasına pozaraq bu il sentyabr ayının 27-də səhər o başdan ağır artilleriya  texnikasından, raketlərdən bir sıra istiqamətlərdən ərazilərimizə vəhşicəsinə basqın etdikləri ilk günlərdən yaranmış vəziyyətlə bağlı rəsmi “Instaqram” səhifəsində davamlı şəkildə paylaşımlar etmişdir. Mehriban xanım Əliyevanın paylaşımlarının bir qayəsi var: xalqımızın həmişə yanında olmaq, bu çətin və taleyüklü sınaqdan qəhrəmancasına çıxmaq üçün bütün diplomatik, siyasi və hərbi gücünü, öz potensialını, beynəlxalq aləmdə nüfuzunu nəzərə alaraq, ən əsası isə müzəffər Ordumuza, xalqımızın birliyinə inanaraq 27 il murdar ermənilərin tapdağı altında qalan torpaqlarımızın azad olunması üçün silahlı qüvvələrimizin əks-hücuma keçmələri qərarını verən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, qısa müddətdə xeyli ərazilərimizi işğaldan azad edən xilaskar, rəşadətli əsgərlərimizə dəstək olmaq, mənfur düşmənlərin dağıdıcı əməllərini pisləmək, onların iç üzünü açmaq, havadarlarını qınamaq!

Mehriban xanım Əliyevanın Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə əlaqədar etdiyi paylaşımdan bəzi məqamları diqqətə çatdırırıq: “...gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib. Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub.

Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram.

Əziz həmvətənlər! Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq!

Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bərdə şəhərinin növbəti dəfə raket hücumuna məruz qalması ilə də rəsmi “Instagram” səhifəsində paylaşım edib. O vurğulayıb ki, “Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi.

Azərbaycan Ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik. Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünü hər an xalqın yanında hiss edir, əsgər analarının sevincinə də, kədərinə də şərik çıxır. Bircə faktı demək kifayətdir. Mehriban xanım Əliyevanın möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə birlikdə ikinci Qarabağ müharibəsinin ilk günlərində erməni terrorçuların açdıqları atəşə tuş gələrək yaralanan bir qrup əsgərlərlə onların müalicə aldıqları hərbi hospitalda görüşləri zamanı onun necə qəhərləndiyinin hamımız şahidi olmuşuq. Kövrək qəlbli, qızıl ürəkli bu insanın mərhəməti əsgərlərimizin tezliklə sağalacaqlarına, onların əhval ruhiyyəsinə müsbət təsir edən mənəvi dəstəkdir.

Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın bütün zümrələri ilə mütəmadi olaraq təmas yaradır, müxtəlif mədəni, sosial, təhsil və s. sahələrdə vəziyyətlə, 27 il doğma yurd-yuvaları həsrət qalan, ayrı-ayrı bölgələrdə müvəqqəti məskunlaşmış soydaşlarımızın məişət şəraitləri ilə maraqlanır, onlara lazımi kömək göstərir. Erməni terroru nəticəsində doğma evlərindən didərgin düşmüş həmyerlilərimiz yaxın zamanlarda doğulduqları el-obalarına qayıdacaqlar.  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz torpaqlarımızı vəhşi düşmənin tapdağı altından azad edir.

Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımlar da Ordumuzun ruh yüksəkliyinə səbəb olur. Mehriban xanımın xalqımızı Ali Baş Komandanımızın, möhtəşəm Ordumuzun ətrafında sıx birləşdiyini xüsusi olaraq vurğulaması, Allahdan xilaskar döyüşçülərimizi, müzəffər sərkərdəmiz İlham Əliyevi qorumasını rica etməsi onun səmimiyyətinə dəlalət edir.

Ölkəmiz, xalqımız qarşısında məsuliyyətini çox həssaslıqla dərk edən, möhtərəm Prezidentimiz İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmaq üçün əzmkarlıqla, fədakarlıqla, işgüzarlıqla, yenilik yaratmaq istəyi ilə fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyeva respublikamızda keçirilən bütün qlobal tədbirlərdə, beynəlxalq məclislərdə yaxından iştirak etmiş, bəzilərinin isə təşkilat komitələrinin rəhbəri olmuşdur. Respublikamızda təbii fəlakətlərin baş verdiyi məkanlarda, respublika əhəmiyyətli yeni strukturların açılışı mərasimlərində Mehriban xanım Prezidentimiz cənab İlham Əliyevlə birlikdə iştirak edir.

Mehriban xanımın bir deyimi var: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”.

Birinci vitse-prezidentin bu hikmətli ifadələri həqiqətdir. Bu meyarlara sahib olmaq üçün böyük proqramlar həyata keçirmək lazımdır. Belə bir layihəni Mehriban xanım uğurla həyata keçirmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında  Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə respublikamızın şəhər və rayonlarında neçə-neçə müasir üslubda yeni məktəb binaları, mədəniyyət mərkəzləri, uçaq tərbiyə müəssisələri tikilib istifadəyə verilmişdir.

İnşallah, yaxın gələcəkdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə qəhrəman Azərbaycan Ordumuzun 27 il murdar ermənilərin tapdağı altında qalan azad etdiyi rayonlarımızda yeni məktəb binaları, mədəniyyət ocaqları, uşaq bağçaları, sanatoriyalar və s. tikilib istifadəyə veriləcəkdir.

Yaşasın müstəqil Azərbaycan!

Rəşadətli Ordumuza eşq olsun!

Qarabağ Azərbaycandır!




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Ənvər Məşədiyev