USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əsgərə məktub - Haqqın sonuna qədər gedən milləti ALLAH da sevər


https://img.baki-baku.az/news/2020/10/photo_1551.jpg?v=MjAyMC0xMC0yNyAxOToxNzoyNA==

Əziz əsgər, bu gün sənin adın bizə müqəddəs insanı andırır. Sən yurdumuza baş ucalığı gətirən döyüşdəsən.

Əsgər qardaşım, tarixi döyüşlərdən keçmiş ataların yolundasan.Anaların gündəlik dualarında, gözəllərin yol çəkən gözlərində,babaların salamındasan.Əsgər ,dünyaya tarix yazmış Azərbaycan dövlətçiliyinin qızıl fondu olan,torpaq ,Vətən  uğrunda şəhid olmuş  oğulların sırasındasan.

Salam əsgər. Biz bu gün güclü Azərbaycanımıza,dövlətimizin dünyəvi prezidenti cənab İlham Heydəroğlunun inamındayıq. Qarabağımız 30 ildir işğal siyasətinə məruz qalıb. Ümid bizə,sənə ,dünya azərbaycanlılarına...hər birimizədir. Bu Vətən bizə əmanət.Biz də onun uğrunda savaşla imtahanlanmışıq.

Qardaşım Əsgər, dünya ermənilərinin bir məqsədi var ki, uydurma “Dənizdən dənizə” Qara dənizdən Xəzər dənizinə qədər əraziləri işğal etsinlər. Onlar dünya havadarlarına arxayındırlar. Ancaq bizim də yurd qarşısında imanımız Andımız var. Babalarımız vuruşub, şərəfli Savaş tarixi qoyub gediblər. İNŞALLAH biz də vuruşacağıq.

Qorxmaz əsgər, sən şəhid babalarından bu günə yadigarsan,biz müqəddəs savaşdayıq. Qələbə niyyəti ALLAH yolu, müstəqil Vətən, Azadlıq olanları ALLAH da unutmaz. Ölkəmiz böyük inkişaf yolunda, beynəlxalq səviyyədə səsimiz Amerikadan, Avropadan gəlir. Haqqımız hamıya bəlli dövlətşilik tariximizdə şanlı qələbələr çoxlarını heyran edir. Biz haqqımızın yolunda çox təkləndik,amma sınmadıq,inkişafımız elmlə əsaslandırıldı dünya bizə qıyqacı baxdı .Beynəlxalq aləmdə yeni dostlar tapıldı-səsimizə səs verdilər.Bu günkü uluslararası projelərimizə də mane olurdular vuruşub uğurları qopara bildik. ALLAHımız buyurub ki, haqqın sonuna qədər gedən milləti ALLAH da sevər. Dövlətimiz əksər Sovetlərin respublikalarına dəstək verir. Beynəlxalq Neft, Qaz layihələrimiz Avropadan böyük mənfəət gətirir-hər yerdə adımız çəkilir. Biz zəki xalqıq,döyüşkən olmuş, mübarizə aparmış babalarımız. Qələbə bizimlədir. Qarabağın işğal olunmuş yurdları bizim gələcək arzularımızın əmanətidir. ALLAH əllərini onun üstündə saxlayıb bizim üçün. İşğal olunmuş yurdlarımızın azadlığı  bizim ilahi hədiyyəmizdir.Bu gün bütün Azərbaycan canından keçməyə hazırdır. Biz istəmirik düşmən  atəşi yurdumuzu yaralasın !

Canım qardaşım  Əsgər ! Sən inan ki, arxada modern Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin hər çıxışı,dünyaya müraciəti, xalqla görüşündə sənin adın dilindən düşmür. Sənin haqqında bütün xalqımız haqqında yalnız möhtəşəm, xilaskar, Vicdanlı, Əyilməz Yurdsevər əsgər və dünyanın ən gözəl insanı, əsgəri deyir.Çünki sən həqiqətdən yoğrulmuş, Tarixi savaşlardan qəhrəmanlıq dərsi almış böyük bir xalqın oğlusan. Sən bu gün öz vəzifəndə,şərəfində daha da əzəmətli, bəxtəvər Əsgərsən Azərbaycan əsgəri! Sənin haqqındır bu haqqına sahib ol Əsgər qardaşım !

Bu gün erməni QAÇIR, Ermənistan məğlub olur! Otuz illik Dünya hökmranlarından dəstək alan zalım oğru ermənilər bizim qüdrətli Ordumuzda,Şanlı hücumumuzdan başını itirib QAÇIR.Haraya? İrəvan da bizimdir.Bir ucu Altaylarda ,bir ucu Kəngərli- Fars körfəzinə qədər əlimiz yetən dili,Dini,Adəti,Tarixi bir QARDAŞLARIMIZDAN Dəstək gəlir ! İrəli dur qardaşım Əsgər! İrəlilər bizimdir.Göydən gəlir salam-Dualar !

Sən şərəfli yolun yolçusu Azərbaycan əsgəri ! Biz sənin yoluna gəliriz ALLAH, Dövlət niyytiylə ! Yurd əmanətiylə Canım Əsgərim !

Naibə Rzayeva,
Bakı Dövlət Universitetinin dosenti




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Naibə Rzayeva