USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib


https://img.baki-baku.az/news/2024/10/photo_14977.jpg

Oktyabrın 2-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “Klassik Azərbaycan şeirinin günəşi - Məhəmməd Füzuli” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov beynəlxalq elmi konfransın əsas məqsədinin Məhəmməd Füzulinin dünya miqyasında əsərlərinin təbliği, çapı, əlyazmaların yerləşdiyi kitabxanalar haqqında müzakirələrin aparılması olduğunu bildirib. Direktor Milli Kitabxana tərəfindən “Görkəmli şəxsiyyətlər” seriyası ilə fundamental biblioqrafiyalar çap olunduğunu, eləcə də Füzuli haqqında hələ çox kitabların yazılacağını nəzərə alaraq Füzuli biblioqrafiyasının bu ilin sonunda nəşr ediləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, biblioqrafiyada Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı çap olunan bütün materiallar öz əksini tapacaq.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Məhəmməd Füzulinin 530 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən həm ölkədə, həm də xaricdə keçirilən tədbirlərdən danışıb, dahi şairin yaradıcılığının təbliği istiqamətində işlər aparıldığını vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxışı zamanı Füzulinin Nizami və Nəvai ilə birlikdə Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olduğunu söyləyib. Xalq yazıçısı Anar dahi şairin yazdığı mükəmməl əsərlərlə Azərbaycan və dünya ədəbiyyatına təsir etdiyini, onun hikmətinin əsrlərdən bəri yaşadığını vurğulayıb.

Konfransda çıxış edən Gürcüstan Milli Parlament Kitabxanasının direktoru professor Konstantin Qamsaxurdiya təmsil etdiyi kitabxanada Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş bir neçə çap nəşrinin (o cümlədən kitablar, jurnallar, qəzetlər) qorunduğunu deyib. Professor, həmçinin iki xalqın tarixində mədəni əlaqələrin özünəməxsus yeri olduğunu bildirib.

Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməyin mədəniyyət baxımından xüsusi əhəmiyyət daşıdığını, eyni zamanda, bu sərginin ölkələrin ədəbiyyatını və mədəni irsini nümayiş etdirmək üçün bir fürsət olduğunu vurğulayıb.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı aparılan tədqiqatlardan bəhs edib. O, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən kollektiv monoqrafiya üzərində iş aparıldığını bildirib.

Konfransda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Fəridə Əzizova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin ədəbi-bədii yaradıcılığından ətraflı bəhs ediblər.

Tədbirdə aktyorlar Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova Məhəmməd Füzulinin şeirlərini səsləndiriblər.

Qeyd edək ki, X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində, həmçinin “Məhəmməd Füzuli 530” mövzusunda ekspozisiyanın açılışı olub.

Ekspozisiyada dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri, əlyazmaları və digər kitablar nümayiş olunur.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Mədəniyyət