USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılış mərasimi keçirilib


https://img.baki-baku.az/news/2024/10/photo_14976.jpg

Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-də Heydər Əliyev Mərkəzində “Baku Cinema Breeze” adlı beynəlxalq film festivalının açılış mərasimi olub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov festivalın məqsədinin Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək olduğunu deyib.

Nazir müavininin sözlərinə görə, festival dünya səviyyəsində maraqlı və müxtəlif janrlı filmləri kəşf etməyə yardım edəcək.

"Baku Cinema Breeze" festivalı indiyədək ayrı-ayrılıqda təşkil olunan bir sıra tanınmış festivalları bir araya gətirərək dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq. "Audiovizual sənayenin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir. Audiovizual sənayenin inkişafına istiqamətlənən tədbir “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində reallaşır. Festival ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq. Kino sahəsində ölkəmizin nüfuzu artacaq. Ümid edirik ki, yeni əməkdaşlıq fürsətləri yaranacaq və bu festival hər birimiz üçün töhfə verəcək”,- deyə M.Hüseynov əlavə edib.

Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, platformanın əsas məqsədi kino sənayesindəki prosesləri sürətləndirməkdir.

“Sabah ilk dəfə olaraq Şərq ölkələri kino sənayesi bazarına baxış başlanılacaq. Burada fərqli ölkələrdən 30-dan çox prodüser şirkəti iştirak edəcək. Kino sənayesinin inkişafı sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində keçirilən tədbirlər sırasındadır. Əsas məqsədimiz ölkənin kino sənayesinə biznes subyektlərini təşviq etməkdir”,- deyə o, bildirib.

Daha sonra “Baku Cinema Breeze" beynəlxalq film festivalında birləşən müxtəlif festivalların direktorları çıxış edərək tədbirin əhəmiyyətindən söhbət açıblar. Rəhbər şəxslər xüsusi günü əbədiləşdirmək üçün üzərində “Baku Cinema Breeze” yazılan boşqabın üzərinə imza atıblar.

Tədbir çərçivəsində müxtəlif festivalların videoçarxları nümayiş olunub.

Altı gün davam edəcək festival müddətində Nizami Kino Mərkəzi, “CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Mədəniyyət