USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Daşkənddə Azərbaycan haqqında özbək dilində kitab çap olunub


https://img.baki-baku.az/news/2024/10/photo_14950.jpg

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə özbək dilində “Olovlar Yurti - Ozarbayjon” (“Odlar Yurdu Azərbaycan”) adlı kitab çap edilib.

Mədəniyyət Mərkəzindən bildirilib ki, müəllifi tanınmış tədqiqatçı-jurnalist Şarofiddin Tolaqanov olan nəşrdə Azərbaycanın dövlətçilik tarixi, xalqımız, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, milli bayramlarımız, hüzn günləri, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət mərkəzi olan Şuşa, Qarabağ, Azərbaycan-Özbəkistan tarixi-mədəni əlaqələri, Ermənistanın apardığı siyasətin Qafqazda və bütün dünyadakı mənfi təzahürləri və s. haqqında geniş məlumatlar verilib. Kitabın Daşkənddə təqdimatı və Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Şarofiddin Tolaqanov Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizə təşkil olunmuş mediaturlarda iştirak edib. O, işğaldan azad edilmiş torpaqlarımızda olub, erməni vandalizmini gözləri ilə görüb.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Mədəniyyət