USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Almaniyada Füzulinin 530 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb


https://img.baki-baku.az/news/2024/09/photo_14728.jpg

Azərbaycanın dahi şair və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə Almaniyada xüsusi poçt markası buraxılıb.

Poçt markası Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə hazırlanıb.

Xüsusi dizaynda hazırlanmış poçt markasının üzərində görkəmli şairin portreti əks olunub.

Poçt markasının məlumat hissəsində Məhəmməd Füzulinin zəngin yaradıcılığının Azərbaycanla yanaşı, ölkəmizdən kənarda da geniş coğrafiyada ədəbi mühitə böyük təsir göstərdiyi vurğulanıb. Onun bədii-fəlsəfi irsinin Azərbaycan poeziyasını yeni zirvələrə qaldırdığı, ana dilimizin inkişafına töhfələr verdiyi qeyd olunub. Həmçinin Məhəmməd Füzulinin şeirlərinin ahəngdar və ifadəli xarakterinin onları musiqi əsərləri üçün ideal material etdiyi, Avropada çoxlu sayda rəssam və şairlərin yaradıcılığına da təsir göstərdiyi diqqətə çatdırılaraq, şairin aşağıdakı beyti təqdim edilib:

"Aşiq oldur kim, qılır canın fəda cananına,

Meyli-canan etməsin hər kim ki, qıymaz canına".

Poçt markası Azərbaycanın Almaniyadakı səfirliyinin Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə sentyabrın 18-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirdiyi “Qəlbimdəki şair” (Der Poet in mir) adlı tədbirdə iştirakçılara təqdim olunub.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Mədəniyyət