USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilib


https://img.baki-baku.az/news/2024/09/photo_14710.jpg

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən G20 Turizm Nazirlərinin Görüşü və Turizm üzrə işçi qrupunun 4-cü iclasında iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, DTA sədri Fuad Nağıyev Bakıda keçiriləcək COP29 tədbirində COP29 Sədrliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə əməkdaşlığı ilə turizmin ilk dəfə olaraq COP tarixində tematik gündəliyə daxil edilməsi, noyabrın 20-də keçiriləcək "Turizm günü"ndə turizm nazirlərinin görüşü və tematik tədbirlər barədə məlumat verib. O, G20 turizm nazirlərini Bakıya dəvət edərək COP29 çərçivəsində qəbul edilməsi planlaşdırılan "Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bəyannamə"nin əhəmiyyətini diqqətə çatdırıb.

BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili çıxışında COP tarixində ilk dəfə olaraq turizm sektoruna aid təşəbbüsün yüksək qiymətləndirildiyini, bunun G20 və digər ölkələrin turizm sahəsi üçün vacibliyini vurğulayıb və bu təşəbbüsün dəstəklənməsinə çağırış edib.

Tədbir çərçivəsində təşkil olunmuş BMT Turizm Təşkilatının Dayanıqlılıq Forumunda dayanıqlı turizmin inkişafı mövzusuna həsr edilmiş dialoqda Agentliyin Aparatının rəhbəri Kənan Qasımov çıxış edərək turizmin qlobal iqlim dəyişikliyi ilə mübarizədə verə biləcəyi töhfələr və dayanıqlı turizmin önəmi kimi mövzuları vurğulayıb, həmçinin iştirakçılara dayanıqlı turizm sahəsində Azərbaycan təcrübəsi, mövcud imkanlar və çağırışlar haqqında məlumat verib.

G20 Turizm Nazirlərinin Görüşü çərçivəsində BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, İspaniyanın sənaye və turizm naziri Jordi Hereu Boher, Braziliyanın turizm naziri Selso Sabino, İtaliya Respublikasının turizm naziri Daniela Santanchè, Çinin turizm və mədəniyyət nazirinin müavini Janq Jenq, Çexiyanın regional inkişaf üzrə nazir müavini Yan Fluksa ilə ikitərəfli, eləcə də Agentliyin sədri Fuad Nağıyevin Braziliyanın turizm naziri Selso Sabinonun və BƏƏ-nin iqtisadiyyat naziri Abdulla bin Touq Al Marrinin iştirakı ilə üçtərəfli görüşlər keçirilib. Görüşlərdə Fuad Nağıyev bir daha COP29 daxilində keçiriləcək "Turizm günü" tədbirləri barədə ətraflı məlumat verərək həmkarlarını noyabrın 20-də Turizm Nazirlərinin Birinci Görüşünə dəvət edib.

Tədbir məkanında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə həsr edilmiş stend təşkil olunub. Stend ziyarətçiləri COP29 tədbiri və turizm günü tədbirləri barədə məlumatlandırılıblar.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Mədəniyyət