USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gəncənin dərsi Şuşada veriləcək!

Gəncənin qanı yerdə qalmayacaq! Dərsi Şuşada veriləcək! Mütləq veriləcək!!! Bu həm də tarixin “Gülüstan”, “Türkmənçay” dərsi olacaq!


https://img.baki-baku.az/news/2020/10/photo_1462.jpg?v=MjAyMC0xMC0xOSAxNjoxMjo1MA==

Makedoniyalı İskəndər dünyasını dəyişəndə vəsiyyət edib: “Əllərimi cənazədən çölə çıxarın. Qoy hər kəs görsün ki, dünya fatehi də dünyadan əli boş gedir!”

Eşidirsənmi Çar cəlladı! Dünya fatehi də dünyadan əli boş gedib!  Bəlkə insafa gələsən. Qafqazdan əl çəkəsən! İki yüz ildir Qafqazı bir fikir dolaşır: “Qunib hündür dağdır və mən onun üstündə dayanmışam. Mənim başımın üstündə isə Allah var! Qoy gəlsinlər!”. Qafqaz Qartalı Şeyx Şamil deyib bunu. Sonra Cəfər Dudayev, Şamil Basayev, indi də Azərbaycanın Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev deyir: “Biz heç kimdən qorxmuruq! Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq!

Azərbaycanın hər bir qarışı müqəddəsdir. Müqəddəsliyinə ülviyyət qatanları isə çoxdur. TURAN və QURAN adına, şəriət, təriqət, mərifət, həqiqət məqamına ucalan  on minlərlə pirləri, övliyaları, mürşid və müridləri var Orlar Yurdunun. Cərcis peyğəmbərin, imamzadələrin, dünyanın maddi-mədəniyyət inciləri sırasına daxil olan dini-mənəvi dəyərlərdə - məscid, məbəd və türbələrdə uyuyan müqəddəslərin bu diyarda göz açması, yaxud ona pənah gətirməsi Odlar Yurdunu təkcə Doğu ilə Batının deyil, dəyərlərin ortaq nöqtəsinə, əyarına çevirib.

Tarixin bütün dönəmlərində müqəddəslərə, müqəddəsliklərə toxunanda yer yerindən oynayıb. Dünya qarışıb, tələfatlar, fəlakətlər tüğyan edib. Çingiz xaqanın, Əmir Teymurun, Şeyx Nizami Gəncəvinin adları bu toxunulmazlar sırasındadır. İkinci dünya müharibəsindən öncə belə bir addım atılmışdı. Dünyanın nəhəng elmi mərkəzləri, antropoloqları bu cəsarətdə bulunmuşdu. Yaşananlar yaxın tarix olduğundan hər kəsə məlumdur ki, dünyanı faşizm adında qan tutmuşdu.

Gəncə bizim məhəbbətimizin paytaxtıdı. “Xəmsə”nin, “Əxi”lərin diyarıdı Gəncə. İmamı, İmzadəsi, cana yaxını – Şeyx Nizamisi, Məhsətisi, Cavad xanı, Bəyim xanımı var, Gəncənin! Məhəbbətindən, mərhəmətindən, səxavətindən, cəsarətindən, qeyrətindən olmaz, tapılmaz. Badəsinə şərbət süzənləri, xarabatlarda mey içənləri, ilahi eşq sərgəştəsi çox olub bu yerlərin! Süfrəsindəki naz-neməti səxavətinə, “Xəmsə”nin məhəbbət və mərhəmət, xeyirxahlıq və yaxşılıq dolu nəğmələri bu torpaqlarda bitən həqiqətlərə aynadır.

Üstünə qılınc sıyırıb gələnləri Gəncənin qala divarlarını qana boyasa da, tarixini qeyrətlə yazıb Gəncə. Cavad xanın cəsarəti ilə! İki oğlu ilə şəhidliyi qəbul edib. Verdiyi sözü çeynəməyib. Çar cəlladı Pavel Sisyanova cavab məktubunda dediyi kimi edib. “Gəncəyə girə bilərsən, amma mənim cəsədim üzərindən”. Tiflisdən Gəncəyə nigaran–nigaran boylanan Gəncənin tək qala qapısı dediklərimizə əyani sübutdu.

Sisyanov xəyanətlə, Gəncənin müqavimətini qırmaq üçün qalaya gedən su arxına Gəncə şəhidlərinin qanını axıtmaqla, susuz qoyduğu əsgərləri yandırıb yaxmaqla namərdliyə qol qoydu. Cavad xan iki igidi, qəhrəman Gəncəliləri ilə şəhidliyə ucaldı. Çar cəlladı onun cəsədi üzərindən keçib Qalaya daxil oldu. Erməni katalikoslarının xəyanəti işinə yaramışdı. İki gün sonra saraya, Bəyim xanımın hüzuruna gələn Sisyanov təzminat olaraq qızıl kisəsini təqdim edərkən, Bəyim xanım kisəni alıb onun üzünə çırpmışdı. Bu Gəncənin Cavad xanın könlünün sultanının simasında Sisyanova verilən Qeyrət və Cəsarət dərsi idi. Erkəyi, dişisi olmayan türkün sərt şilləsi idi Sisyanovun üzünə dəyən!

Gəncənin bədəli Çar Rusiyası, onların əlamanı erməni daşnakları üçün həmişə ağır olub. Cavad xanın, Bəyim xanımın, qəhrəman Gəncənin cəzasını Sisyanov, onun simasında Çar Rusiyası Bakıda, Bakının, İçərişəhərin qala divarları önündə aldı. Bakı xanı Hüseyqulu xanın sıyırdığı qılınc, Fətəli xanın Qubadan, Dərbəndin qala divarlarından göndərdiyi igidlərin cəsarəti tarix dərsi oldu!

Gəncə belə bir ağır imtahanı bir də 1918- ci ildə Cümhuruyyətimiz Tiflisdə elan edilib Gəncədə qurulanda yaşadı. 12 min igid Gəncəli “Qeyrət” hərəkatı ilə Çar Rusiyasına ölümü bahasına olsa da, dərs verdi.

Gəncənin növbəti imtahanı “Gəncə qiyamı” kimi tarixə düşən Rusiyapərəst Surətpərəstlərə verilən dərsə bağlıdı. 1918- ci ildə “Nuru Paşanın Komyonu”, 1993- cü ildə Ulu Öndərin siyasi hakimiyyətə Qayıdışı Çar Rusiyasına növbəti dərs oldu!

Gəncə, Qəhrəman, Mərd, Cəsarətli, Qeyrətli Gəncə bu dəfə də tarixin imtahanına çəkilir. “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradan Ali Baş Komandana göz dağı vermək üçün Gəncəni mürgülü vaxtı növbəti dəfə güllə boran etdilər. Yuxuda bildilər. Bədbaxtlar! Şeyx Nizaminin, Cavad xanın, Şeyxzamanovların, Xasməmmədovların, Rəfibəylilərin, Pişnamazzadələrin diyarında yatıb yuxuya qalan olsaydı Gəncə mənviyyatımızın, məhəbbətimizin, əbədiyyət aşiqlərimizin Paytaxtı olardımı?

Ruhumuzun, duyğumuzun, sevgimizin, İlahi eşqimizin paytaxtıdı Gəncə. Dünya fatehi Makedoniyalı İskəndəri heyrətləndirən əfsanəvi Bərdə gözəli Nüşabənin müdriklik dastanı bu torpaqlarda yazıya alınıb. “İskəndərnamə”də incə bir məqam var: Bərdənin müdrik gözəli sarayını dünyanın məşhurlarının rəsmləri ilə süsləyərmiş, üzərinə yeriyən sərkərdə - xaqanlara öncə süfrə salarmış. Makedoniyalı İskəndəri də belə qurulu süfrələrindən biri ilə heyrətləndirib. İçəri girən dünya fatehi divardakı rəsminə baxanda ayaq basdığı sarayın mənəvi mənzərəsini təsəvvür edib. Dolu süfrəyə, üstü örtülü məcməyilərə baxıb düşüncəyə dalarkən içərisi ləl- cəvahirat dolu məcməyilərin üzəri açılıb. “Bunlar nə üçündür” sualına Bərdə gözəlindən “Onca yolu bunca sərvət üçün gəlmədinizmi?” cavabını alanda müdriklik önündə lal sükuta dalıb dünya fatehi! Bərdəni Bərdə gözəlinin müdrikliyinə, Nüşabənin mərdliyinə bağışlayıb!

Makedoniyalı İskəndər dünyasını dəyişəndə vəsiyyət edib: “Əllərimi cənazədən çölə çıxarın. Qoy hər kəs görsün ki, dünya fatehi də dünyadan əli boş gedir!”

Eşidirsənmi Çar cəlladı! Dünya fatehi də dünyadan əli boş gedib!  Bəlkə insafa gələsən. Qafqazdan əl çəkəsən! İki yüz ildir Qafqazı bir fikir dolaşır: “Qunib hündür dağdır və mən onun üstündə dayanmışam. Mənim başımın üstündə isə Allah var! Qoy gəlsinlər!”. Qafqaz Qartalı Şeyx Şamil deyib bunu. Sonra Cəfər Dudayev, Şamil Basayev, indi də Azərbaycanın Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev deyir: “Biz heç kimdən qorxmuruq! Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq!

Gəncədə 4 körpə var: bir gecədə atasını, anasını itirən, üzünə, üstünə cəllad qanı sıçrayan körpə! O qan səni tutacaq! And olsun Yaradana, yoxdan var edənə! Gəncənin qanı yerdə qalmayacaq! Dərsi Şuşada veriləcək! Mütləq veriləcək!!! Bu həm də tarixin “Gülüstan”, “Türkmənçay” dərsi olacaq!

Şərəf Cəlilli




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli