USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ölkəmizin milli-mədəni dəyərləri Antalyada nümayiş etdirilir


https://img.baki-baku.az/news/2024/09/photo_14504.jpg

Türkiyədə keçirilən III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı davam edir. Antalyanın Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil edilən festivalda ölkəmizin milli-mədəni dəyərləri, milli musiqi və rəqslərimiz geniş təbliğ olunur.

AZƏRTAC xəbər verir ki, bu il ilk dəfə festival çərçivəsində qurulan Azərbaycan milli çadırında ölkəmizə məxsus sənət nümunələri, əl işləri, xalçalar, suvenirlər, müxtəlif milli geyimlər, o cümlədən kəlağayılarımız, eləcə də musiqi nümunələrimiz təqdim edilir.

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin təşkilatçılığı ilə yaradılan çadırda müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycanda kənd həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər, ölkəmizə dair, o cümlədən Prezident İlham Əliyevin komandanlığı altında aparılan İkinci Qarabağ müharibəsi və şanlı Zəfərimizi özündə əks etdirən nəşrlər nümayiş olunur.

Festival ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan çadırında qonaqlara ölkəmiz, milli geyim və aksesuarlarımız, musiqi alətlərimiz, əsrarəngiz təbiəti və turizm bölgələri haqqında məlumat verilir, milli şirniyyatlarımız təqdim edilir.

Qeyd edək ki, üç gün davam edəcək festivalda çoxsaylı yerli və xarici turistin, ümumilikdə iki yüz mindən çox insanın iştirakı gözlənilir.

Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunur.

Festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır.

Tədbir bədii hissə ilə davam edəcək.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət