USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şuşada Beynəlxalq Qastronomiya Gününə həsr olunan dəyirmi masa keçirilib


https://img.baki-baku.az/news/2024/09/photo_14255.jpg

Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 6-da Şuşa şəhərində beynəlxalq qastronomiya gününə həsr olunan dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycanla yanaşı, İslam ölkələri arasında əsas turizm bazarları hesab olunan Türkiyə, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı və İrandan olan kulinariya nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Şuşa şəhər məktəbinin direktoru Səbinə Gözəlova Şuşa şəhərinin yaranma tarixindən, Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan şəhərin yetişdirdiyi görkəmli musiqi xadimlərindən danışıb. Bildirib ki, Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olaraq Azərbaycan tarixində çox böyük siyasi, mədəni və strateji yerə malikdir.

S.Gözəlova diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Şuşanı işğalçılardan azad edib. Qısa müddət ərzində mədəniyyət paytaxtı Şuşa şəhərinin yenidən qurulması, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan işlər təqdirəlayiqdir.

Azərbaycan Turizm Bürosunun Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərovanın təqdimatında "Azərbaycan bir turizm destinasiyası kimi" mövzusunda videoçarx nümayiş olunub.

Tədbirdə Pakistanın Kənd Təsərrüfatı Universitetinin dekanı, professor Umar Faruq "Pakistan qastronomiyası və milli mətbəx" mövzusunda çıxış edib. İranlı ekspert Mona Şahbazi İslam ölkələrində qastroturizmin imkanlarından, Özbəkistanın Dövlət Turizm Komitəsinin nümayəndəsi Cahongir Azamov isə zəngin özbək mətbəxi, mədəniyyəti və adət-ənənələrindən danışıblar.

Türkiyənin Afyon Kocatepe Universitetinin Turizm fakültəsinin müəllimi, professor Hüseyin Pamukçu türk mətbəxinin təamlarından bəhs edib, bölgənin ləzzətli yeməkləri ilə bağlı məlumat verib. H.Pamukçu, həmçinin İslam ölkələrinin qastronomiya sahəsində olan sıx əməkdaşlığı barədə də ətraflı danışıb. Bildirib ki, bu sahəyə uyğun həyata keçirilən müxtəlif layihələr atılan ən vacib addımlardan biridir.

Dəyirmi masa ekspertlərinin iştirakı ilə sual-cavabla davam edib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Mədəniyyət