USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar Milli Kino Günü


https://img.baki-baku.az/news/2020/08/photo_14.png

Gənc rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filminin Venesiya kinofestivalının əsas proqramında yer alması xəbəri avqusutun 2-si Milli Kino Gününə təsadüf etdi.

Mədəniyyət Nazirliyinin avqustun 2-də keçirdiyi bayram tədbirləri bir qayda olaraq, mahiyyətcə formal xarakter daşıyır: fəxri adlar verilir, ünvanlı təşəkkürlər olunur, ümumi sözlər deyilir, bir neçə istisna olmaqla daha çox sənət meyarlarından kənar filmər təqdim olunur. Filmlərin əksərinin keyfiyyətsiz olması səbəbindən, ekran qaralmamış zalın yarısı boş qalır.

Və indi pandemiya dövründə, kino cameəsində ara-sıra səslənən “kino günü qeyd olunsaydı hansı film göstərilərdi” sualına an yaxşı cavab Hilal Baydarovun filminin nüfuzlu festivala düşməsi oldu. Doğrudan da, kino bayramında bundan gözəl daha nə ola bilər?!

Sistemli olmasa belə, istənilən halda yeni nəsil rejissorlarının uğuru - Elmar İmanovun “Mövsümün sonu” (2019) filminin Rotterdam festivalında kinotənqidçilərin xüsusi mükafatını qazanması, Teymur Hacıyevin “Axşama doğru” lentinin bu il 73-cü Kann festivalının ”La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramında iştirakı, bundan əvvəl Elvin Adıgözəlin “Yaşar” kino layihəsinin Rotterdam kino festivalının nəzdindəki Hubert Bals Fondu kino layihələr müsabiqəsinin qalibi olması, “Rəna xanımın film çəkilişi” filminin Asiyanın nüfuzlu festivallarından birində Busan-ın qısametrajlı filmlərin əsas müsabiqəsində yer alması, nəhayət H.Baydarovun uğuru ilə Mədəniyyət Naziriliyinin bizə təklif etdiyi vəziyyət arasında qəribə bir pardoks var.

Yəni illərdir, milyonlarla vəsait ayrılan filmlərin əksəriyyəti preymyeradan sonra rəflərə soxuşdurulur, xarici bazar bir yana, daxili bazarda da gəlir gətirmir, unudulur, ümumiyyətlə, müzakirə olunmur. Təbii, bir neçə keyfiyyətli film istisna olmaqla. Bunu da mütləq qeyd edim ki, indiyədək Azərbaycandan olan hansısa film nə Venesiya festivalının əsas müsabiqəsinə düşmüşdü, nə Rotterdamda tənqidçilərin mükafatını qazanmışdı.

Dövlət maliyyəsi ilə dəstəklənməyən müstəqil filmərin xaricdəki uğuru nazirliyin kino siyasətinin, prioritetlərinin (düzdü, bu prioritetlərin nədən ibarət olduğu bilinməsə də) yanlışlığını təsdiqlədi. Gənclərin uğuru təsdiq edir ki, ssenari seçimində şəffaflıq olsaydı, bürokratik əngəllərə yol verilməsəydi, normal mexanizm qurulsaydı kinomuzun inkişafının bugün tamamən başqa mərhələdə olacağı şübhəsiziydi...

Hilal Baydarovun filmlərini izləməmişəm. Belə bir imkanım olmayıb. İnternetdə isə onun filmlərinə rastlamamışam. Ona görə rejissoun kino dünyasını baxışını ətraflı şərh etməkdə çətinlik çəkirəm. Bununla belə, ayrı-yrı filmlərinin treylerlərindən anladığım qədərilə, müəllifin kino dünyasında uzun, statik planlar, astagəl temp, foto intonasiyasında estetik kadrlar, az dialoq, çox pauza üstündür. Bu tendensiya festival fimləri arasında geniş yayılıb. Belə stilistik yanaşma müəllifin kinodərsləri aldığı macar rejssoru Bella Tarrın da kino dilinə xasdır. Hilalın Tarrdan təsirlənməsi təbiidir. Ya belə deyək, belə bir yanaşmaya müraciəti özünü daha rahat, dəqiq ifadə etməsindən qaynaqlanır.

Amma mənim üçün daha vacib olanı H.Baydarov da daxil olmaqla, adını çəkdiyim digər rejissorların kinoya sevgisi, fanatik münasibəti və usanmadan işləməsidir. Həmişə bu fikirdə olmuşam ki, yeni kino tendensiyaları sənətə fanatik sevginin, tutqunun nətiəsində yarana bilər. Az büdcəylə belə olsa nəsə yaratmaq həvəsi, əhvalatının danışmaq ehtiyacı, müaəllifin onu qaçılmaz zərurət kimi görməsi və ümumiyyətlə, kino sənətiylə sözün həqiqi mənasında nəfəs almasını nəzərdə tuturam. Bu rejissorların təcrübəsi ona görə vacibdir ki, onlar hər şeydən əvvəl dövlətin maliyyəsi olmadan yaxşı film çəkməyin, üstəlik, nüfuzlu festivallarda iştirakın, hətta qalib gəlməyin mümkünlüyünü isbatladılar. Xarici prodüserlərlə işləməklə, layihələrə qoşulmaqla, pitçinq təcrübəsi əldə etməklə, öz istedadları və imkanları hesabına dünya kino prosesinə inteqrasiya ilə onlar ölkədə tədricən yeni ənənə və şərtlərin əsasını qoyurlar. Təkrarlaıyım: halbuki, bu prosesin yaranmasına nazirlik yardımçı olmalıydı.

Dörd-beş il əvvəl vəfat edən rejissor Nicat Feyzullayevlə bağlı “Məktub gözləyə-gözləyə ölən rejissorlarımız” adlı yazımda qeyd etmişdim ki, rejissorlarln bir qismində (xüsusən, nisbətən yaşlı nəsildə) belə bir doqmatik fikir var ki, nazirliyin maliyyə dəstəyi olmadan film çəkə bilməzlər. Yeni nəsil rejissorlar film çəkmək üçün yeganə mənbəyin dövlət maliyyəsi olduğu qurama “mifi” dağıtdılar. Həm də ona görə ki, sərhədlərin itdiyi, asanlıqla aşıldığı texnogen dünya kinoproses üçün alternativlər təklif edir.

Nazirliyin kino şöbəsinə təklif etdiyi ssenarilərə cavab gözləyə-gözləyə dünyasını dəyişən Nicat Feyzullayev kimi ömrü başa vurmaqdansa, məmurlardan asılı olmaqdansa hərəkəti seçin. Hərəkət – inkişafdır, varolmaqdır, yeni fikir və ideyalardır.

Bu yerdə rejissor Tahir Tahiroviçin bu fikrini xatırlamaq yerinə düşür:“Mən axı, həyatımı mənə büdcə ayırsınlar deyə bu mübarizəyə sərf edə bilmərəm. Mən o prosesləri Bakda yox, Yevlaxda, Mingəçevirdə, Gəncədə həyata keçirirəm. Daha az büdcə ilə işləyirəm. Rejissorlar nazirlikdən filmi almırlar. Filmləri rejissora verirlər. Çünki nazirlikdən film almaq üçün onlar kimi düşünməlisən, onlar kimi yeriməlisən, onlara oxşamalısan. Düşüncə ayrılığı ola bilməz”.

Sonda Venesiya festivalında Hilal Baydarova rəqib olan bəzi rejissorlarların isimlərini sadalamaq istəyirəm. Berlin festivalının “Qızıl ayı” mükafatçıları Canfranko Rozi və Yasmila Jbaniç, Kann mükafatçıları Kornel MundrutsoMişel FrankoKiyösi Kurosava, Kann və Venesiya festivallarının dəfələrlə əsas müsabiqəsinə qatılmış Amos Gitay, Avropa Kinoakadamiyasının mükafatçısı Malqojata Şumovskya, təqdimata ehtiyacı olmayan Andrey Konçalovski və Məcid Məcidi...

Film Azərbaycanla Amerikanın birgə istehsalıdır. Filmin prodüserləindın biri tanınmış meksika rejissoru Karlos Reyqadasdır. İcraçı prodüserlədən biri isə məşhur amerikalı aktyor Denni Qloverdir. Filmin opertoru Elşən Abbasov, ssenaristi Hilal Baydarovdur. Rolları Orxan İsgəndərli, Gülnaz İsmayılova, Gülarə Hüseynova və başqaları ifa edirlər.

Hilal Baydarov təkbaşına kino məmurlarının illərlə bacarmadığı və ya önəmsəmədiyi bir ilkə imza atdı. Bu ilk həm də ona görə vacibdir ki, bundan sonra Azərbaycanı təmsil edən rejissorların nüfuzlu festivallara gedən yolu nisbətən hamar olacaq.

Sevda Sultanova,

Kulis.az




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Mədəniyyət