USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib


https://img.baki-baku.az/news/2024/07/photo_13141.jpg

İyulun 1-də Mədəniyyət Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici seminar keçirilib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə nazirliyin strukturuna daxil olan müəssisələrin rəhbər işçiləri və əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası ilə bağlı keçirilən tədbirdə mədəniyyət müəssisələrində çalışan əməkdaşlar üçün korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət, maraqların toqquşması və digər mövzular üzrə çıxışlar dinlənilib.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva “Korrupsiya anlayışı, tarixi və təzahür formaları. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri”, idarənin prokurorları İlkin Babazadə və Kamil Kamilli isə korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə və korrupsiyaya qarşı mübarizə metodları mövzularında məruzə ilə çıxış ediblər.

İ.Babazadə Azərbaycanda korrupsiyaya qarşı mübarizəni həyata keçirən ixtisaslaşmış qurumların fəaliyyəti və mədəniyyət sahəsinə xarakterik korrupsiya halları barədə vətəndaş ərizələri və qaynar xətt vasitəsilə daxil olan məlumatlardan söz açıb.

K.Kamilli ölkəmizdə bu sahədə həyata keçirilən Dövlət Proqramı və qanunvericiliyin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq təşəbbüslər, korrupsiyaya qarşı mübarizədə Milli Fəaliyyət Planı haqqında danışıb. Diqqətə çatdırılıb ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra da mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin həm milli, həm də beynəlxalq səviyyədə gücləndirilməsi istiqamətində səylərini ən yüksək səviyyədə davam etdirəcək.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Mədəniyyət