USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mərakeşdə keçirilən “Şuşa günləri” çərçivəsində bu ölkənin gənclər, mədəniyyət və kommunikasiya naziri ilə görüş olub


https://img.baki-baku.az/news/2024/06/photo_12867.jpg

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Mərakeş Krallığının paytaxtı Rabatda keçirilən “Şuşa günləri” çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, eləcə də Azərbaycanın bu ölkədəki səfiri Nazim Səmədov Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Məhəmməd Ben Said ilə görüşüblər.

Görüşdə ölkələrimiz arasında mövcud səmimi dostluq münasibətləri, eyni zamanda, inkişaf etməkdə olan mədəni əlaqələr haqqında fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin İslam dünyasının 2024-cü il üçün mədəniyyət paytaxtı seçilmiş tarixi Şuşa şəhərində gerçəkləşdirilən layihələr, mədəni tədbirlərin proqramları, əlaqələrin gələcəkdə daha da inkişafı məsələləri müzakirə olunub.

Sonda Məhəmməd Ben Saidə Şuşadan xatirə hədiyyəsi təqdim edilib.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Mədəniyyət