USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Cahangir Novruzovdan Poznerə sərt cavab


https://img.baki-baku.az/news/2020/10/photo_1254.jpg

Azərbaycanın tanınmış aktyoru, Xalq artisti Cahangir Novruzov şəxsi “Facebook” hesabından ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Poznerə tutarlı cavab verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Xalq artistimiz yazıb: “Özünüzü nüfuzdan salmısınız. Ağlı başında olan ermənilər üçün də fikrinizin heç bir dəyəri yoxdur. Satılmısınız. Corc Bernard Şounun belə bir sözü var: “Unutmaq lazım deyil ki, pul ilə alınan hər şey onsuz da ucuzdur”. V. Şukşinin də gözəl bir sözü var : “Kasıb olmaq ayıb deyil, ucuz olmaq ayıbdır”.

Mən isə belə deyərdim: “Türk olmaq çox çətindir, çünki bütün dünya səninlə mübarizə aparır. Türk olmamaq daha çətindir, çünki Türk ilə mübarizə aparırsan”.

Rəsmi saytında ruhən erməniləri dəstəklədiyini deyən V.Pozner qeyd etmişdi ki, əgər Qarabağda müharibə gedirsə, BMT dərhal bu məsələyə qarışmalıdır. Yox, əgər bu məsələyə üçüncü ölkələr qarışırsa, onlara qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir”.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Mədəniyyət