USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vətən Qarabağsız, Şuşasız olmaz! Yurd yanğısı


https://img.baki-baku.az/news/2020/10/photo_1249.jpg?v=MjAyMC0xMC0wMSAxNDoyNjowOQ==

Torpağa qarışıb itmək olar,
Ölüb
dirilmək , bitmək olar,
Arzuya,
murada yetmək olar,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Dünyanın dağını daşımaq olar,
Oda
yanmaq olar, alışmaq olar,
Tanrının
qəmiylə barışmaq olar,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Qanı çiçək açıb bitər çöllərdə,
Taleyi
göylərdə yanıb, sönər .
Oğul
doğular da, oğul ölər ,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Haydı! Vətən deyib ayağa durun,
Topxana
düzündə səngərlər qurun.
Yağının
külünü göyə sovurun,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Döyüşə-döyüşə qalxın dağlara,
Bülbüllü
bağlara, güllü bağlara.
Təzədən
qayıdın ötən çağlara,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Xınalı kəklikdi dağlar başında,
Sevdalı
çağları qalıb başında.
Həsrəti,
kədəri daş yaddaşında,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Tarix dilə gələr hər qayasından,
“Gəlin
qayasından”, ər qayasından.
Şahinlər
dil açar Xan qalasından,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Kədərin, qəmin yarı bülbüldü,
İntizar
gözləri sarı sünbüldü.
Sinəsi
didilən Xarıbülbüldü,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Pənah xan kül olar, göyə sovrular,
Natəvan
od tutub yanar, qovrular.
İnsan
mayasından bitər, yoğrular,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Qoynundan cücərib Xanın naləsi,
Bülbülün
nəğməsi, Cabbarın səsi.
Zülfünün,
Seyidin gəlir nəfəsi,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Niyazi kükrəyər, Rəşid qan salar,
Üzeyir
dünyanı qana çalxayar.
Süleyman
meydana qoşun çıxarar,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Fərhad yer üzünü yandırar, yaxar,
Zərif
əlləriylə tufan qoparar.
Yollar
bağlı olsa, dağı qoparar,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Topxana doğranır ağacbaağac,
Göynəyib
gəzsə dərdinə əlac.
Al
qanı başına olub qızıl tac,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Çadırı yurd bilib yata bilərik,
Doğub,
törəyib, arta bilərik.
Övladı
ellərə arxa bilərik,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Söykənib qılınca, dönüm kəndimə,
Varım
öz qalama, bürcü-bəndimə.
Bilirəm,
dünya durub qəsdimə,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Axtarıb göynəyir şümşadı könlüm,
Qırılıb,
bitişməz, şüşədi könlüm.
Həsrətə
qul olan Şuşadı könlüm,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Şikəstə könlümün Sənsiz” yeridi,
“Sevgili
canan”ın qəmsiz yeridi.
“Rast”ın, “
Segah”ın sirri-sehridi,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Aranın papağı, dağın qarıdı,
Muğamın,
təsnifin ilk nübarıdı.
Sevən
könüllərin eşqi, yarıdı,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Süfrələr tutula yağa, qaymağa,
Toy-
düyün səs sala elə, oymağa.
Dünya
cənnət ola başdan-ayağa,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

Bəxtim açıla, üzümə gülə,
Ömrüm
qonaq ola çiçəyə, gülə,
Dünyanın
sərvəti tökülüb gələ,
Mənim
gözüm doymaz, könlüm ovunmaz,
Vətən
Qarabağsız, Şuşasız olmaz!

 

Şərəf Cəlilli,
Bakı, 2004




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Mədəniyyət