USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək


https://img.baki-baku.az/news/2024/05/photo_12255.jpg

Mayın 18-19-da Bakıdakı Rus evində “Rus dilinin elçiləri” adlı maarifləndirici proqram çərçivəsində tədbirlər keçiriləcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, “Rus dilinin elçiləri” proqramına filologiya sahəsində mütəxəssislər və rus dilini tanıdan insanlar tərəfindən keçirilən ustad dərsləri, elmi-populyar mühazirələr, eləcə də viktorinalar, dəyirmi masalar, yaradıcılıq görüşləri daxildir.

Layihə A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu və Bakıdakı Rus evinin dəstəyi ilə “Total imla” - Vətəndaşların Dil Mədəniyyətinə Dəstək Fondu tərəfindən irəli sürülüb.

Tədbirlər proqramına rus filologiyasının mütəxəssisləri üçün “Rus dili üzrə onlayn resurslar: lüğətlərdən audioproqramlara qədər. Rus dili orfoqrafiyasının yeni qaydaları hansılar olacaq?” mövzusunda mühazirə daxildir. Diskussiyada Rusiya Elmlər Akademiyasının V.V.Vinoqradov adına Rus Dili İnstitutunun böyük elmi işçisi, Rusiya Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasının üzvü, sənədləşmə və informasiya mübahisələri üzrə Linqvist-Ekspert Gildiyasının həqiqi üzvü Svetlana Druqoveyko-Doljanskaya çıxış edəcək.

Sonra layihənin rəhbəri və Fondun direktoru Vyacheslav Belyakov tərəfindən “Total imla” Fondunun layihələrinin təqdimatı keçiriləcək.

Yekunda tədbirin bütün iştirakçıları üçün rus dili və ədəbiyyatı mövzusunda viktorina olacaq.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Mədəniyyət