USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Həmin gün...” musiqili-poeziya gecəsində


https://img.baki-baku.az/news/2024/04/photo_12044.jpg

Aprelin 18-də “Atəşgah Məbədi” iştirak etdiyimiz ənənəvi ədəbi-musiqili tədbirlər formatından xeyli fərqli, amma unudulmaz bir söz axşamına evsahibliyi etdi. “Həmin gün...” adlı gecə müasir poeziyamızın tanınan isimlərindən olan şair-publisist, “Söz” Ədəbi Dərnəyinin rəhbəri Nigar Həsənzadənin şeir yaradıcılığına həsr olunmuşdu. Poeziya gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, ictimai xadim Leyla Əliyeva da iştirak edirdi. Ədəbi gecəyə, həmçinin tanınmış şairlər, yazıçılar, bəstəkarlar, aktyorlar,  ictimai xadimlər də qatılmışdılar.  

Qonaqları salamlayan Nigar Həsənzadə öncə öz şeir çələngindən ibarət təsirli nümunələr səsləndirərək maraqlı açılış etdi. Sonra Əməkdar artistlər Firdövsi Atakişiyev və Gülzar Qurbanova  Leyla Əliyevanın, eyni zamanda, Nigar Həsənzadənin şeirlərini  söylədilər. Mübaliğəsiz onu qeyd edək ki, hər iki müəllifin şeirləri bədii-estetik cəhətdən olduqca nizamlı, həmçinin insanı düşünməyə vadar edən, həm də ürəkoxşayan nəzm nümunələridir. Şeirlərdə müəlliflərin yüksək insani duyğuları, həyata, sevdiklərinə ülvi münasibətləri dinləyicilərin rahat qavrayacağı şəkildə ifadə olunub, desək yanılmarıq. Leyla Əliyevanın şeirlərini doğma dilimizə Adil Cəmil, Nigar Həsənzadənin şeirlərini isə Salam Sarvan tərcümə etmişdir.  

Qiraətçilərin ardınca “Sənət” uşaq musiqili incəsənət qrupu ümummilli liderimiz Heydər Əliyevin sevdiyi və öz ifasında eşitdiyimiz məşhur “Küçələrə su səpmişəm” xalq mahnısının müşayiəti ilə səhnəyə daxil oldu. Onlar həzin milli rəqs nümayiş etdirərək gecəni bir az da canlandırdılar. Sonra səhnəyə Murad Sadıx təşrif buyurdu. Məhdud fiziki imkanları olsa da, böyük ürəyə və təkrarolunmaz səsə sahib olan estrada müğənnisi öz məlahətli səsi ilə hər kəsi heyran qoymağı bu dəfə də bacardı. Ədəbi-musiqili gecənin ən maraqlı anlarından biri isə Leyla Əliyevanın özünəməxsus çıxışı idi. Onun şeirlərini adətən bədii qiraətçilərin təqdimatında eşitmişdik. Bu dəfə isə öz şeirini öz ifasında dinləmək qonaqları təsirləndirdi.

Beləliklə, böyük şəhərimizin ən qədim məkanlarından birində keçirilən poeziya gecəsində tam fərqli abu-hava yaşandı. ”Həmin gün...”, əslində, ədəbiyyat, mədəniyyat və mənəviyyat üçlüyünün gözəl vəhdəti kimi yadda qaldı.

Anar TURAN




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mədəniyyət