USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Belarus rəssamların gözü ilə”


https://img.baki-baku.az/news/2024/04/photo_11835.jpg

 Belarus-Azərbaycan mədəni əməkdaşlığı qədim tarixi kökləri olan ənənələrə əsaslanır. Bu sözləri Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş sərgidə deyib: - Azərbaycan xalqı nəinki özünün, başqa ölkələrin də çoxəsrlik mədəni, tarixi irsinə və soykökünə hər zaman sadiq olub. Bakıda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində təşkil olunmuş bir sıra mədəni tədbirlər bunun bariz nümunəsidir. Düşünürəm ki, ölkənizdə keçirilən bu silsilə tədbirlər əlaqələrimizin inkişafına mühüm töhfə verəcək, hər iki dost ölkənin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayacaq. Onu da deyim ki, Belarus film sənayesi, kitabxana, musiqi, eləcə də başqa sahələrdə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Qeyd edək ki, “Belarus rəssamların gözü ilə” sərgisi Belarusun alman faşistlərinin işğalından azad edilməsinin 80 illik yubileyinə həsr edilib. Belarus rəssamları - Anton Vırvo, Anna Kononova, Qleb Otçik, Anna Sadovskaya və Vladimir Urodniç sərgidə təqdim olunan mənzərə əsərlərində Vətən xilaskarlarının xatirəsini ehtiramla yad edərək sülhün hökm sürdüyü yaradıcı həyatın gözəlliyini tərənnüm edirlər. Əsərlər Belarusun zəngin təbiətinin, şəhər və kənd mənzərələrinin xüsusi təkrarolunmaz aurasını çatdırır. Rəssamların hər biri öz əsərlərini vətənpərvərlik prizmasından şərh edirlər. Sərgilənən hər bir tabloda təbiətin gözəlliyi doğma torpağa səmimi məhəbbətlə təsvir edilmişdir. Sərgidə Belarusun məşhur rəssamlarının peyzaj janrında 35 əsəri nümayiş etdirilir.

“Belarus rəssamların gözü ilə” sərgisi Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Belarus Mədəniyyət Nazirliyi, Belarus Milli İncəsənət Muzeyi, həmçinin “Belarus Rəssamlar İttifaqı” ictimai birliyi tərəfindən təşkil olunub. Bakıda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində təşkil olunan sərgi aprelin 3-nə qədər davam edəcək.

 

Fidan SALMANOVA




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Mədəniyyət