USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olunub


https://img.baki-baku.az/news/2024/03/photo_11510.jpg

“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olunub.

Jurnalın yeni nömrəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan məqalə ilə açılır. Misirdə yerləşən Siyasi Dialoq və Media Araşdırmalar Mərkəzinin direktoru Əhməd Tahirin müəllif olduğu məqalədə Ulu Öndərin həyat və ictimai fəaliyyətindən geniş bəhs edilir. Onun Azərbaycan ilə ərəb və İslam dünyası arasında müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə möhkəm əlaqələrin əsasını qoyduğunu, çoxsaylı səfər və görüşlər keçirdiyini ardıcıllıqla və maraqlı faktlarla qeyd edir.

Jurnalın bu sayında Əlcəzair Xəbər Agentliyinin icraçı redaktoru, yazıçı Əbdülqadir Xəlil əl-Cəzairinin Şuşaya səfəri zamanı aldığı təəssüratlardan bəhs edən geniş məqaləsi ərəbdilli oxucuların böyük rəğbətinə səbəb olacaq.

Tunisdə yerləşən Xəbər Agentliyinin baş redaktoru Sanaa Klişin məqaləsi Azərbaycanın paytaxtı Bakıya həsr olunub. Məqalə cəlbedici fotolarla verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun məqaləsində ölkənin işğaldan azad olunmuş ərazilərində mina problemindən və bu problemin həmin torpaqların bərpası və vətəndaşların qayıtması üçün törətdiyi çətinliklərdən söhbət açılır.

Bundan əlavə, Azərbaycanın yeganə ərəbdilli jurnalı olan “İRS-Turas”ın bu sayında İrəvan quberniyası haqqında Ziyad Əmrahovun, N.Tusi haqqında Ramız Duyğunun, miniatür sənəti haqqında Solmaz Namazovanın məqalələri ərəb oxucularına Azərbaycanın zəngin maddı-mənəvi irsi haqqında geniş bilgi verir. Jurnalın bu sayında digər maraqlı məqalələr də nəfis tərtibatı ilə diqqəti cəlb edir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Mədəniyyət