USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanlı kulturoloq beynəlxalq mükafata layiq görülüb


https://img.baki-baku.az/news/2024/02/photo_11320.jpg

“Simurq” Azərbaycan Mədəniyyət Asossiasiyasının prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədov sivilizasiyalararası dialoqun və tərəfdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə Birləşmiş Millətlər Təşkilatının əsas orqanı ECOSOC-un məşvərət statusuna malik Pitirim Sorokin-Nikolay Kondratyev Beynəlxalq İnstitutunun Qızıl medalına layiq görülüb. Newsmedia.az xəbər verir ki, mükafat barədə xəbəri alim Fuad Məmmədov təsdiqləyib.

Medal yalnız görkəmli diplomatlara, siyasi, mədəniyyət və elm xadimlərinə təqdim edilir. Hazırda bu ali mükafata BMT-nin keçmiş baş katibi Kofi Annan, UNESCO-nun iki keçmiş baş katibi, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Elmlər Akademiyasının sabiq prezidenti və digər görkəmli şəxsiyyətlər təltif olunublar.

Qeyd edək ki, professor Fuad Məmmədov Azərbaycanda kulturologiya elminin yaradıcısı və təşviqatçısıdır. Mədəniyyət, elm tarixi və nəzəriyyəsindən 300-dən artıq elmi və elmi-maarifləndirici işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Fuad Məmmədovun kulturologiya, idarəetmə mədəniyyəti, eləcə də mədəniyyət və sivilizasiyalar arasında dialoqa yönəlmiş fundamental elmi tədqiqat işləri və əsərləri dünyanın tanınmış kitabxanalarında saxlanıımaqla bərabər inkişaf etmiş ölkələrin nüfuzlu institutularında aparılan tədqiqatlar zamanı əyani vəsait kimi istifadə olunur.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Mədəniyyət