USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Tıq-tıq xanım". Premyera


https://img.baki-baku.az/news/2024/01/photo_10602.jpg

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 13, 14 yanvarda Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin "Tıq-tıq xanım" adlı nağılı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası uğurla baş tutub.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar artist Nicat Kazımov, rejissoru Müşviq Əliyev, rejissor assisenti Fuad Cavadzadə, rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu Tuncay Hüseynova, musiqi tərtibatı isə Zaur Rəşidova aiddir.

Balaca tamaşaçıların böyük marağına səbəb olan, fərqli, müasir üslubda hazırlanan səhnə əsərində aktyorlar Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Ramiq Nəsirov, Xaliq Bəkirov, İmran Qurbanov, Hilal Dəmirov, Ümman Budaqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, İlhan Sadıqov iştirak edirlər.

Uşaqların sevimli nağıllarından biri olan "Tıq-tıq xanım" əsasında hazırlanan tamaşada Tıq-tıq xanım qayğıya, dostluğa, xoş münasibətə ehtiyacı olan, amma özünü sevən, lovğalıq edən  böcəkdir. Günlərin birində Tıq-tıq xanım bəzənib-düzənib özünə dost axtarmağa yollanır. Onun arzuladığı dost isə yalnız Siçan bəy olur. Ancaq Tıq-tıqın xasiyyəti və söz dinləməməsi Siçanla dostluğuna zərər vurur. Müəllif nağılda baş verən hadisələrin fonunda uşaqlara özündən razılığın, ifrat nazın, küskünlüyün xeyirli olmadığını, bu xüsusiyyətlərin insanları tənhalığa məhkum edə biləcəyini vurğulayır.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Mədəniyyət