USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Milli Xalça Muzeyində yeni sərgi: “Zamana qalib gələn milli irsimiz”


https://img.baki-baku.az/news/2024/01/photo_10574.jpg

Yanvarın 12-də Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılıb.

Milli Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova sərgi barədə məlumat verib. Bildirib ki, təqdim olunan əsərlər üzərində uzun illər bu sahədə əmək sərf edən mütəxəssislərlə yanaşı, muzeyin daha gənc konservatorları, bərpaçı-rəssamları da çalışıblar: “Muzey fəaliyyətinin ən məsuliyyətli və önəmli sahəsi konservasiya və bərpa işidir. Azərbaycan Milli Xalça Muzeyi də ölkəmizdə xalça və digər dekorativ-tətbiqi sənət nümunələrinin konservasiya edilərək qorunması sahəsində nüfuzlu elmi mərkəzə çevrilib. Son illər milli mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə yüzlərlə eksponat konservasiya olunub. Bunların əksər hissəsi muzeyin, bir qismi onun Şuşa filialının ekspozisiyasında, digər eksponatlar isə vaxtaşırı müxtəlif sərgilərdə nümayiş etdirilir".

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova “Zamana qalib gələn milli irsimiz” adlı tədbirin əhəmiyyəti barədə danışıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar mədəniyyət işçisi Sədaqət Əliyeva bildirib ki, sərgidə 2022-2023-cü illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində konservasiya olunmuş 30-dək eksponat təqdim edilir. Onlara XVII–XX əsrlərə, həmçinin müasir dövrə aid nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir.

Bərpaçıların unikal sənət nümunələri üzərində böyük həvəslə işlədiklərini vurğulayan Əməkdar rəssam Məmmədhüseyn Hüseynov dekorativ tətbiqi sənət əsərlərinin qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova və Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-bərpa şöbəsinin müdiri, Əməkdar rəssam Natiq Səfərov belə tədbirlərin təşkilini tarixi əsərlərin gənc nəsilə tanıdılması baxımından yüksək qiymətləndiriblər. Natiqlər Milli Xalça Muzeyinin ölkəmizdə xalça və digər dekorativ-tətbiqi sənət nümunələrinin konservasiya edilərək qorunması sahəsində nüfuzlu elmi mərkəzə çevrildiyini vurğulayıblar.

Tədbirdə bərpaçı rəssam Nəsib Səfərliyə mükafat təqdim edilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgi yanvarın 21-dək davam edəcək.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Mədəniyyət